Dünya futbolu
İbrahimoviç Qvardiolanı günahlandırdı
PSJ-nin isveçli futbolçusu Zlatan İbrahimoviç &q…
PSJ-nin isveçli futbolçusu Zlatan İbrahimoviç "Barselona"da oynadığı illərdə baş məşqçisi olmuş Xosep Qvardiola haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli hücumçu rəhbərliyi altında oynadığı çalışdırıcının 2010-cu ildə katalon klubunun Çempionlar Liqasının yarımfinalında uduzmasında ən böyük günahkar olduğunu deyib:
"Dünyanın ən yaxşı komandasıydıq. Ancaq Çempionlar Liqasını qazana bilmədik. Çünki biri səhv qərarlar verdi. Yenə də bu gün şikayət etməli bir şey yoxdu. Bunu unutmalıyıq. "Barselona"da əla günlərim olub".
Qeyd edək ki, Qvardiola və İbrahimoviç arasında soyuqluq “Barsa”dakı dövrlərindən başlayıb. Tərəflər daha öncə də bir-biri haqqında müxtəlif ittihamlar səsləndiriblər.