Premyer-liqa
Rəşad Sadiqov: “Qışa qədər belə oynamağa məcburuq”
“Xəzər Lənkəran”ın futbolçusu Rəşad Sadiqov&…
“Xəzər Lənkəran”ın futbolçusu Rəşad Sadiqov Topaz Premyer Liqasının 7-ci turundakı “Qəbələ” matçı ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan təcrübəli yarımmüdafiəçisi səfərdəki 1:1 hesablı heç-heçəni belə şərh edib:
“Oyuna yaxşı başlasaq da, ilk hissədə olan imkanlarımızdan istifadə edə bilmədik. Rəqibin vurduğu qol səhvimiz ucbatından oldu. Amma özümüzə gəlib, cavab qolunu vura bildik. Nəzərə almaq lazımdı ki, futbol səhvlər üzərində qurulub. Zamanla daha yaxşı oynayacağımıza inanıram. Hazırda Rauf Əliyev hücumda tək oynayır. Ola bilsin ki, buna görə onun üzərinə yük düşür. Qışa qədər belə oynamağa məcburuq. Milli komandaların oyunu ilə bağlı çempionatda yaranacaq fasiləyə görə indidən nəsə demək olmaz. Düzü, yığma təlim-məşq toplanışına həmişə tez yığılır. Bunun klublara xeyir olub-olmadığını isə çempionatın davamında görəcəyik".