Dünya futbolu
"Arsenal"dan 2 illik müqavilə
İngiltərə "Arsenal"ı hücumçusu Olivye Jiru i…
İngiltərə "Arsenal"ı hücumçusu Olivye Jiru ilə müqaviləni uzadıb. Futbolinfo.az xəbər verir ki, bu barədə yerli "Mirror" qəzeti məlumat yayıb.
Belə ki, "topçular" fransalı futbolçunun 2016-cı ildə başa catacaq müqaviləsini daha 2 il uzadacaq. Bununla da, 28 yaşlı forvard 2018-ci ilə komandasının şərəfini qoruyacaq. Yaxın günlərdə bu barədə rəsmi açıqlamanın veriləcəyi deyilir.
Qeyd edək ki, Fransa millisinin də üzvü olan Jiru 2012-ci ildən London klubunda çıxış edir. Onu da əlavə edək ki, futbolçu hazırda zədəlidi və onun gələn il yaşıl meydanlara qayıtması gözlənilir.