Ölkə futbolu
Məşhur “La Qazzetta dello Sport” "Qarabağ"dan yazdı
Dünyanın nüfuzlu nəşrlərindən olan İtaliyanın məşhu…
Dünyanın nüfuzlu nəşrlərindən olan İtaliyanın məşhur “La Qazzetta dello Sport” qəzeti bugünkü sayında “Qarabağ” haqqında böyük yazı hazırlayıb. Futbolinfo.az xəbər verir ki, sərlövhəsi "Qarabağ" – ruhlar şəhərinin komandası" olan yazıda klubun təsisçisinin Adil Nadirov olduğunu bildirilib.
Ermənistanın Ağdamın böyük hisssəsini işğal etməsindən sonra “Qarabağ”ın ev oyunlarını Bakıda keçirdiyini yazan italiyalı jurnalistlər klubun doğma məkanda son matçını 1993-cü ilin mayın 9-da “Xəzər”ə qarşı keçirdiyini, qalib gəldikləri həmin matçda Müşfiq Hüseynovun qol vurduğunu, baş məşqçi Allahverdi Bağırovun müharibədə şəhid olduğunu bildiriblər. Həmçinin orada Aslan Kərimovun “Qarabağ”da hamıdan çox – 150 matç keçirməsi, hazırkı kapitan Rəşad Sadıqovun Türkiyədə oynaması, futbolsuz qalan vaxt basketbol çempionatında özünü sınadığı da qeyd olunan məlumatlar sırasındadır.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 2-də Avroliqanın qrup mərhələsi çərçivəsində İtaliya nəhənglərindən olan “İnter”lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…