Dünya futbolu
“Xəzər Lənkəran"dan İspaniya La Liqasına
“Xəzər Lənkəran”la yollarını ayıran türkiyəli…
“Xəzər Lənkəran”la yollarını ayıran türkiyəli mütəxəssis Mustafa Dənizli özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan iddialara görə 64 yaşlı mütəxəssis İspaniya La Liqa təmsilçisi "Getafe"yə keçir.
Mənbədə qeyd olunur ki, iranlı iş adamı Hüseyn Hidayət həmin klubu almaq üzrədir. Əgər tərəflər arasında razılıq əldə olunarsa, Hidayət türkiyəli çalışdırıcını həmin komandaya baş məşqçi gətirəcək. Onun Dənizli ilə La Liqada iddialı komanda yaratmaq fikirində olduğu deyilir.
Qeyd edək ki, 2013-14 mövsümünün sonunda “Xəzər Lənkəran”dakı baş məşqçi vəzifəsindən göndərilən 64 yaşlı mütəxəsiss 2004-2007-ci illərdə də İranın "Pas" və "Persapolis" komandalarını çalışdırmışdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…