Ölkə futbolu
"Xəzər Lənkəran"da braziliyalı həftəsi
Premyer Liqanın 10-cu turu “Xəzər Lənkəran” ü&cc…
Premyer Liqanın 10-cu turu “Xəzər Lənkəran” üçün bir sıra məqamlarla əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, Sumqayıtda şəhərin eyniadlı komandası ilə görüş cari mövsümün yubiley – 10-cu matçı olmaqla yanaşı, digər tərəfdən də yubileylərlə nəticələnib.
Belə ki, “ağ-yaşıllar” tarixində 80-ci səfər qələbəsini qazanıb. Bunların 64-ü çempionat, 15-i kubok, 1-i Avropa Liqası çərçivəsində olub. “Xəzər Lənkəran”ın hesabında 53 heç-heçə və 60 məğlubiyyət də var.
Komandada qol hesabını açan Fernando Qabriel “Xəzər Lənkəran” üçün qol vuran 12-ci braziliyalıdır. Digər 11 cənubi amerikalının hesabında 74 qol olduğundan “Sumqayıt”a vurulan top braziliyalıların 75-ci uğuru olub.
Bu qələbə ilə “Xəzər Lənkəran” səfərdəki uğursuz seriyanı qırdı. Rəqib meydanlarında baş tutan çempionatdakı son 9, ümumilikdə isə 10 matçda qələbə qazanmayan komandamız sonuncu dəfə də “Sumqayıt”a qalib gəlmişdi. Ötən mövsümün bu il martın 16-dakı səfər matçında “ağ-yaşıllar” 1 qolla qalib gəlmişdi. “Xəzər Lənkəran” bu müddətdə rəqib meydanında 4 heç-heçə etmişdi.

(Klub saytı)
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi