Milli komanda
Millimizin yeni baş məşqçisi 3 milyon alacaq
Berti Foqtsun istefasından sonra futbol üzrə Azərbaycan milli …
Berti Foqtsun istefasından sonra futbol üzrə Azərbaycan milli komandası üçün baş məşqçi axtarışları davam edir. Futbolinfo.az xəbər verir ki, hazırda müvəqqəti olaraq Mahmud Qurbanova tapşırılan komandanın baş məşqçi postuna müxtəlif namizədlərin adı çəkilir.
Bu barədə Xorvatiya mətbuatı da yeni iddia ortaya atıb. Mənbədə qeyd olunur ki, AFFA rəhbərliyi Robert Prosineçki ilə müqavilə imzalamq üzrədir. Yazılanlara görə artıq bu iddianı 45 yaşlı mütəxəssisin yaxınları da təsdiqləyib və onunla noyabrın 4-də rəsmi müqavilə imzalanacaq. Prosineçkinin millimizdə illik 3 milyon dollar maaş alacağı deyilir.
Qeyd edək ki, 2006-2010-ci illərdə ölkəsi Xorvatiyanın milli komandasında baş məşqçi köməksiçis işləyən Robert Prosineçki 2010-2012-ci illərdə yerli "Srvena Zvezda" sonra isə Türkiyənin "Kayserispor" klubunda (2012-2013) çalışıb.