Bizi izləyin

Müsahibə

Zaur Əzizov: "Muntyanunun getməsi gündəmdə deyil"

“Qəbələ”nin baş meneceri Zaur Əzizovun futbolinfo.az …

blank
“Qəbələ”nin baş meneceri Zaur Əzizovun futbolinfo.az saytına müsahibəsi:
 
– “Bakı” ilə oyun ərəfəsində komandada nə yenilik var?
– Hazırda komandada elə də ciddi bir yenilik yoxdu. Futbolçular baş məşqçinin planına əsasən oyuna hazırlaşırlar.
 
– Son iki turda qazanılan qələbələr “Qəbələ”nin özünə gəldiyini deməyə əsas verir?
– Xeyr. Çempionat elədi ki, istənilən rəqibi məğlub etmək olur. Tam istədiyimiz “Qəbələ”ni hələ görmürük. Amma komanda psixoloji cəhətdən daha yaxşı vəziyyətdədi.
 
– Ötən ildə olduğu kimi, yeni mövsümdə də “Qəbələ” tam olaraq komanda oyunu nümayiş etdirə bilmir. Əsasən futbolçuların fərdi ustalıqlarına güvənilməsinin səbəbi nədi?
– Ötən mövsüm komanda daha baxımlı oyun nümayiş etdirirdi. Çünki usta futbolçular var idi. Bu il ötən mövsümə nisbətən kollektiv oyun nümayiş etdirməyə çalışır. Sadəcə, baş məşqçinin verdiyi tapşırıqlar tam yerinə yetirilmir. Baş məşqçinin fəlsəfəsi belədi.
 
– Sizə elə gəlmirmi ki, yayda transfer edilən əcnəbi futbolçuların ustalıq səviyyəsi ötən mövsüm “Qəbələ”də çıxış edən legionerlərin ustalıq səviyyəsindən çox geri qalır?
– Ötən mövsüm futbolçular Yuri Syominin istəyi əsasında komandaya cəlb olunurdu. Bu, Dorinel Muntyanunun da vaxtında belədi. Andrea Kristya Rumıniyadan Azərbaycana gələn futbolçuların içində karyera baxımından ən zəngin olanıdı. Amma görürük ki, nəticələr fərqlidi. Ötən il heyətdə çıxış edən futbolçular ilk matçlarındaca komandaya öz tövhəsini vermişdi. Yeni mövsümdə hələ də gözləyirik. Baş məşqçi də istədiyi oyunu görmədiyi etiraf edir. Buna baxmayaraq, yenə də hədəfimizdən uzaqlaşmamışıq. Oyun ürəkaçan olmasa da, liderlər qrupunda qərarlaşmağımız gələcəyə nikbin baxmağımıza ümid verir.
 
– Geridə qalan mövsümdə hansı futbolçunu əlinizdən buraxdığınıza görə məyus olduz?
– Komandadan gedən futbolçuların hamısı bizim üçün dəyərli idi. Gəlin nəzərə alaq ki, Ebesilio, Leonardo, İbrahim Niasse Azərbaycandan Rusiya Premyer Liqasına getdi. Rusiyada ödənilən məbləğlərlə bizim verəcəyimiz pul arasında iki dəfə böyük bir fərq var idi. Biz də futbolçuların getməməsinə görə qarşılarında dayanmadıq. Getmələrinə etiraz etmədik. Ebesilio Donetsk "Metallurq"undan icarə əsasında gəlmişdi. Leonardonun intizam baxımından komandada qalmasına bir o qədər də maraqlı deyildik.  Əslində Subotiçlə son günlərə qədər razılaşmışdıq. Ancaq o, daha yaxşı tanıdığı məşqçinin yanına getməyə qərar verdi. Küveytdə bir qədər artıq pul qazanmağa üstünlük verdi. Kiminsə getməyinə üzüldüyümüzə dair düşünmürük. İndi yeni komandayıq, liderlər qrupundayıq. Uğurlu heyəti uzun müddət saxlamaq üçün çalışmalıyıq.
 
– Qış fasiləsində heyət baxımından islahatların olacağı gözlənilir?
– Ciddi dəyişiklər olmayacaq. Bu, dəqiqdi. Ola bilsin ki, bir-iki futbolçu dəyişikliyi reallaşsın.
 
– Transfer dönəmində yerli, yoxsa əcnəbi futbolçulara üstünülük verəcəksiz?
– Bu gün komandamızın aparıcı qüvvəsi yerli futbolçulardı. Biz yerli və xarici futbolçular arasında fərq qoymuruq. Ümumi götürsək, yerli futbolçulardan narazı deyilik. Hər kəs komandanı irəli aparmaq üçün maksimum çalışır. Baş məşqçinin istəyinə uyğun yerli futbolçu olarsa, çalışmalarımız olacaq. Amma yayda yerli futbolçu tapmaq çətin olur, nəinki, qışda. Ona görə də yerli futbolçu almaq çətin görünür. Bütün bu məsələlər yaxın həftələrdə bəlli olacaq.
 
– Ruslan Abışovun icarə müqaviləsi də bitmək üzrədi. Məsələdə nə kimi dəyişiklik var?
– Yaxın həftələrdə məsələ ilə bağlı Ruslanla danışacağıq. Məsələ ilə bağlı futbolçunun hələlik fikrini dağıtmaq istəmirik. İstədiyi formaya qayıtmağa yaxındı. Məşqlərdə çox çalışır. Son oyunda da komandaya çox kömək etdi. Düzdü, zədəyə görə bir neçə oyun buraxdı. Yaxın günlərdə onun məsələsi ilə bağlı işə başlayacağıq.
 
– Demək olarmı ki, Marat İzmaylov kimi Ruslan Abışov da formaya düşmək üçün “Qəbələ”dən tramplin kimi istifadə edir?
– Bu gün Ruslan Abışov bizə yardım göstərir. Onunla yarım illik müqaviləmiz var və şərtlərimiz də buna uyğundu. Ola bilər ki, mövsümün sonuna qədər komandamızda çıxış etsin. Müdafiəçinin “Qəbələ”yə hansı şəkildə kömək edəcəyini görmək bizim üçün də vacib idi. Ümid edirəm ki, hər iki tərəf üçün düzgün qərar verib, məsələni müsbət yekunlaşdıracağıq.
 
– Ölkəmizdə əksər klublar məşqçilərə çox vaxt tanımır. Ardıcıl bir neçə uğursuz nəticə onlarla yolların ayrılmasına gətirib çıxarır. Qarşıda “Qəbələ”də belə bir durum yarana bilər?
– Təəssüflə bildirməliyəm ki, bizim də uzun müddət əməkdaşlıq etdiyimiz məşqçi olmayıb. Amma ümid edirik ki, bu dəfə Muntyanu ilə əməkdaşlığımız uzunmüddətli olacaq. Hazırda bizi narahat edən bir məqam yoxdu. Komandanın çıxışı qənaətbəxşdi. Təbii ki, daha yaxşısını gözləyirik. Bununla bağlı məşqçi ilə söhbətdə də ona istənilən şəraitin yaradılacağı bildirilib. Rumın çalışdırıcı da vaxt lazım olduğunu deyib. Dəqiq olan bir məsələ var ki, Muntyanu ilə 1 illik müqavilə imzalayanda şərt kəsmişik – ölkəmizdə olan şəraiti görsün, bir-birimizi tanıyaq. Qarşılıqlı şəkildə müqavilənin qışda 2 və ya 3 illik uzadılmasına dair razılıq əldə olunsun. Yəqin ki, qışda bu məsələyə bir də qayıdacağıq. Onunla əməkdaşlıq yenidən müzakirə olunacaq.
 
– Bəs, məşqçi necə fikirləşir: “Qəbələ”də uzun müddət qalmaq niyyətindədi?
– Məşqçi ilə qələbə qazandıq-qazanmadıq, hər oyundan sonra söhbətimiz olur. Son görüşdə bizi narazı salan məqamları danışdıq. Dorinel Muntyanu da narazılıqların birbaşa məşqçiyə deyilməsinə sevindi. O da bizə klubun şərtlərindən olduqca razı qaldığını bildirdi. Hər zaman bizim dəstəyimizi hiss edir.
 
– Xarici mətbuat Muntyanunun Rumıniya millisinə gedəcəyi ilə bağlı xəbər yaymışdı. Rumın çalışdırıcı da bundan imtina edib. Bu, nə dərəcədə doğrudu?
– Rumıniya mətbuatında şayiələr bol olur. Amma olmamış bir şey haqda məşqçi ilə danışmaq qeyri-ciddi olar. Bizə məsələ ilə bağlı məşqçi tərəfindən heç nə deyilməyib. Çalışdırıcının getmək fikri olsa, sözsüz ki, oturub danışacağıq. Getmək istəyən adamı güclə saxlamazlar. Hazırda belə bir məsələ gündəmdə yoxdu.
 
– “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominlə klubla bağlı görüşləriniz, müzakirələriniz olur?
– Telefonla danışırıq. Ən son Qurban bayramında bizi təbrik etmişdi. Sözsüz ki, normal münasibətimiz davam edir. Komandamızı, futbolçularımızı soruşur. Hətta bir ara Muntyanu Dodonu intizamsızlığına görə komandadan uzaqlaşdıranda zəng etmişdi. Uzun müddət əsas heyətdə braziliyalını istifadə etməyəcəyimiz təqdirdə onun “Mordoviya”ya keçməsi ilə bağlı bizimlə danışmaq istəyirdi.
 
– Normal münasibətlərin davam etməsi nəticəsində ola bilərmi ki, “Qəbələ”yə dönsün?
– Syominin bu gün “Qəbələ”yə qayıtmasından söhbət gedirsə, belə bir ehtimal sıfra bərabərdi. Amma bir-iki ildən sonra nə olacaq, nə dəyişəcək – bunu bilmirik.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-17 11:55

Abasov Fransa təmsilçisi ilə üz-üzə

blank
Ölkə futbolu2024-04-17 11:40

“Anadolu Efes” üçün mübarizə bitdi

blank
Milli komanda2024-04-17 11:21

AFFA milli komandalara məşqçi seçdi – yenə daxili qərarla

blank
Ölkə futbolu2024-04-17 11:04

Yarımfinal mərhələsi başladı

blank
Ölkə futbolu2024-04-17 10:49

12 komandalı çempionat: necə etməli?

blank
Digər idman növləri2024-04-17 10:34

Stolüstü tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar

blank
Dünya futbolu2024-04-17 10:17

“Atletiko” Dünya Çempionatına vəsiqəni təmin etdi, “Barselona” daha 50 milyon itirdi

blank
Dünya futbolu2024-04-17 10:00

Çempionlar Liqasının oyunu təxirə salındı

blank
Dünya futbolu2024-04-17 09:41

Keyta əsas komandadan uzaqlaşdırıldı

blank
Ölkə futbolu2024-04-17 09:23

Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var

blank
Dünya futbolu2024-04-17 09:09

Xavi: “Hakim hər şeyi məhv etdi”

blank
Dünya futbolu2024-04-17 08:51

ÇL: “Bayern” “Arsenal”a, MS “Real”a qarşı

blank
Ölkə futbolu2024-04-17 08:34

“Bir ailəyik və qələbələrə daha yaxınıq”

blank
Ölkə futbolu2024-04-17 08:17

“Qarabağ”da özümü rahat hiss edirəm”

blank
Müsahibə2024-04-17 08:00

“Kəpəz”in oyunçusu “Qəbələ”nin elitada qalmasını istəyir: “Bu oyunun haqqı məğlubiyyət deyildi”

blank
Dünya futbolu2024-04-17 01:05

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

blank
Milli komanda2024-04-16 23:01

“Bu gün daha yaxşı oynadıq” – Borisov

blank
Milli komanda2024-04-16 22:46

Millimiz gürcülərə yenə uduzdu

blank
Digər idman növləri2024-04-16 22:31

“Neftçi” uduzdu, “Abşeron” qalib gəldi

blank
Dünya futbolu2024-04-16 20:00

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Dünya futbolu2024-04-16 18:00

“Golden Boy” mükafatına favoritlər açıqlandı

blank
Digər idman növləri2024-04-16 17:47

Alkaras Madrid turnirinə qədər sağalacağına əmin deyil

blank
Digər idman növləri2024-04-16 17:32

Kramarenkonun qızı sevgilisindən ayrıldı

blank
Əvəzedicilər2024-04-16 17:16

Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-16 17:02

Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”

blank
Dünya futbolu2024-04-16 16:45

Belçikalı futbolçu üçün 2024-cü il erkən bitdi

blank
Digər idman növləri2024-04-16 16:31

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm