Dünya futbolu
20 yaşlı qapıçı həftənin ən yaxşısı oldu

Avropa Konfrans Liqasında pley-off mərhələsi çərçivəsində keçirilmiş cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Belçikanın “Anderlext” klubunun qapıçısı Bart Verbruggen bu həftənin ən yaxşı oyunçusu seçilib.
Niderlanddan olan 20 yaşlı qolkiper Bolqarıstan “Ludoqorets”ini mübarizədən kənarlaşdırdıqları oyunda qurtarışları ilə yanaşı, penaltilər seriyasında da 3 zərbəni dəf edib.
Həftənin ən yaxşı oyunçusu adına Cakomo Bonaventura (“Fiorentina”, İtaliya), Mikael İshak (“Lex”, Polşa) və Məhəmməd Diop (“Şerif”, Moldova) da namizəd idi.

- Premyer-liqa2023-09-01 14:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-09-01 09:29
Yenidən Avropa Liqasının qrupunda… Və yenə yalnız “Qarabağ”la
- I Liqa2023-08-31 15:00
Yevlax stadionunda yeni tablo
- Ölkə futbolu2023-08-31 22:32
Qurban Qurbanov: “Qrupda iştirak etmək bizim üçün çox vacib idi”