Ölkə futbolu
Futbolçumuz Türkiyə klubuna yenə lazım olmadı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunla…
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma arenada "Orduspor"la qarşılaşıb. Oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ayaz bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Girəsunspor" hazırda 20 xalla 8-ci yerdə qərarlaşıb.