Dünya futbolu
Türkiyə Superliqasında növbəti istefa
Türkiyə Superliqasında növbəti istefa reallaşıb. …
Türkiyə Superliqasında növbəti istefa reallaşıb. Futbolinfo.az xəbər verir ki, “Akhisar BB”nin baş məşqçisi Mustafa Akçay vəzifəsindən ayrılıb.
Adı çəkilən klubun mətbuat katibi İbrahim Akçayla qarşılıqlı razılıq əsasında yollarını ayırdıqlarını bildirib. Bundan əlavə Acar həftə ərzində yeni baş məşqçinin adını açıqlayacaqlarını bildirib.
Qeyd edək ki, 56 yaşlı mütəxəssisin rəhbərliyi altında “qara-yaşıllar” çempionatdakı 15 matçda 4 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət əldə ediblər. Klub 17 xalla 9-cu pillədədi.