Ölkə futbolu
"Bakı"dan qaçan futbolçu İngiltərədə problemlə üzləşib
İngiltərənin 1-ci divizionu olan Çempionşipdə mübariz…
İngiltərənin 1-ci divizionu olan Çempionşipdə mübarizə aparan “Ridinq” klubu hazırda “Bakı”ya məxsus olan Yure Travneri transfer etmək istəyir. Futbolinfo.az xəbər verir ki, sloveniyalı futbolçunun keçidində problem yaşanıb.
Belə ki, ingilislər 29 yaşlı müdafiəçi ilə danışıqlara başlasa da, onun paytaxt klubu ilə davam edən müqaviləsi problem yaradıb. Buna görə də, hələ ki Travnerin keçidi ilə bağlı müzakirələr gedir. Həmçinin ötən mövsüm maliyyə nəticələrini açıqlayan ingilis klubuna maliyyə fair-playi qaydalarına əməl etmədiyi üçün qış transferinə qadağa qoyulması komandanı çətin vəziyyətdə salıb.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi ötən ildən paytaxt təmsilçisində çıxış edir. Onun "zolaqlılar"la müqaviləsi davam etdiyi halda klubdan qaçmışdı.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi