Dünya futbolu
Almanlar "Yuventus"un arzusunu ürəyində qoydu
İtaliya nəhəngi "Yuventus" uzun müddətdi ki "B…
İtaliya nəhəngi "Yuventus" uzun müddətdi ki "Bavariya"nın yarımmüdafiəçisi Cerdan Şakiri ilə yaxından maraqlanır. Futbolinfo.az xəbər verir ki, son günlərdə transferin reallaşma ehtimalı yüksəlsə də, anidən tərəflər arasında anlaşılmazlıq yaranıb.
"Yuventus" isveçrəli futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir. Munhen klubu isə 20 milyon avro müqabilində onunla yollarını birdəfəlik ayırmaq fikrindədi. Hətta birbaşa satış reallaşsa, alman klubu qiyməti 15 milyona qədər endirə də bilər. Turin təmsilçisi isə qışda bu məbləği ödəmək fikrində deyil. Transferin yaya qədər təxirə salınacağı gözlənilir.
Onu da əlavə edək ki, Rusiyanın "Spartak" klubu da 23 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var