Ölkə futbolu
Azərbaycanlıların dueli baş tutmadı
Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin 4-c&uum…
Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin 4-cü tur oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçuları Vaqif Cavadov və Ufuk Budakın çıxış etdiyi “Qaziantep BB” də növbəti matçını keçirib.
Adıçəkilən komanda evdə yığmamızın digər üzvü Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”la qarşılaşıb.
Oyun meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavadov 90 dəqiqə ərzində meydanda qalıb. Digər həmyerlilərimiz Ufuk Budak və Cihan Özkaranın isə adları ümumiyyətlə iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Qaziantep BB” Türkiyə PTT 1-ci Liqasında, “Sivasspor” isə Superliqada mübarizə aparır.