Dünya futbolu
Hazard ilk dövrənin ən yaxşısı seçildi
İngiltərə Premyer Liqasının 2014/15 mövsümündə il…
İngiltərə Premyer Liqasının 2014/15 mövsümündə ilk dövrənin ən yaxşı futbolçusu müəyyən olunub. Futbolinfo.az xəbər verir ki, liqanın statistik məlumatlarını toplayan "EA Sports PPİ" ilk dövrənin ən yaxşı futbolçusu olaraq Eden Hazardı seçib. Futbolçuların meydanda olduğu vaxt, qazanılan qələbənin sayı, qapı çərçivəsinə gedən zərbələr, sarı və qırmızı vərəqlər və s. kriteriyalar nəzərə alınaraq tərtib olunan siyahıda "Çelsi"-dən 4, "Mançester Siti"dən 3 futbolçu yer alıb.
London klubundan Hazard, Dieqo Koşta (3-cü yer), Sesk Fabreqas (5-ci yer), Nemanya Matiç (20-ci yer) qeyd edilən siyahıdadı.
Cari İngiltərə çempionu "Mançester Siti"dən isə Serxio Aquero (2-ci yer), Yaya Ture (9-cu yer) və David Silva (17-ci yer) ilk dövrənin ən yaxşı futbolçuları olub.