Dünya futbolu
"Mançester Siti" Lempardla müqavilə imzaladı
"Mançester Siti"də icarə əsasında çıxış…
"Mançester Siti"də icarə əsasında çıxış edən "Nyu-York Siti"nin yarımmüdafiəçisi Frenk Lempard ingilis klubu ilə yeni müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, "şəhərlilər" 36 yaşlı futbolçu ilə icarə müqaviləsinin müddətini uzadıb. Anlaşmaya əsasən Lempard cari ilin sonuna kimi Premyer Liqa təmsilşisində çıxış edəcək.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü (1999-2014) ötən ilin avqustundan Mançester təmsilçisinə keçmişdi. Əvvəlki müqaviləyə əsasən Lempard bu aya kimi "Mançester Siti"də qalmalı idi.