Connect with us

Ölkə futbolu

Azərbaycanlı məşqçilərin xaricə üz tutmasına nə mane olur? (RƏYLƏR)

Ölkəmizdə yetərincə futbol mütəxxəsisi var. Futbolinfo…

-də paylaşıldı

Ölkəmizdə yetərincə futbol mütəxxəsisi var. Futbolinfo.az xəbər verir ki, onların arasında işsizlər daha çoxdu.
 
Amma təəssüf ki, işləyən məşqçilərimiz yalnız ölkə daxilində fəaliyyət göstərməklə kifayətlənirlər. Ölkə xaricinə yollanan təsadüfi azərbaycanlı mütəxəssislərin isə xarici fubol həyatları qısa müddətli olur.
 
Bəs görəsən buna səbəb nədi? Məşqçilərimiz niyə vətəndə boş-bekar qalmağa razıdılar, amma xaricə üz tutmaq üçün heç bir cəhd etmirlər? Özünə inamsızlıqmı? Yoxsa məşqçilərimiz hələ xaricdə işləyəcək səviyyədə deyillər? Bu suallara aydınlıq gətirmək üçün bir neçə təcrübəli məşqçi ilə söhbətləşdik.
 
Agasəlim Mircavadov bunu azərbaycanlı mütəxəssislərin reklam işlərinin yox səviyyəsində olması ilə izah etdi: “Bizim məşqçilərə menecer lazımdı. Dünyada öz sözünü demiş, adlı-sanlı menecer. Ölkə xaricində işləmək üçün imic lazımdı. Düşünürəm ki, bizdə xaricdə işləyə bilən məşqçilər var. Elə götürək Şahin Diniyevi. Rusiya “Terek”ində işləyib. Araşdırsaz, görəcəksiz ki, SSRİ dövründən bu tərəfə ölkədə yalnız yerli məşqçilər uğur qazanıblar. Sadəcə, bizdə məşqçiyə qiymət verilmir. İnam azdı. Bunun səbəbini isə bilmirəm. Amma mənə də maraqlıdı”.
 
Yunis Hüseynov azərbaycanlı mütəxəssislərin əcnəbilərdən heç nədə geri qalmadığını iddia etdi: “Bizim məşqçilərin ölkə xaricində işləməməsinə başlıca səbəb Azərbaycan futbolunun inkişaf etməməsidi. Bizim xarici məşqçilərdən nəyimiz əskikdi ki? Özünə inamımız da var. Sadəcə Azərbaycan futbol ölkəsi kimi tanınmır deyə, belə vəziyyət yaranıb. Məhz bu üzdən biz də xaricdən dəvət almırıq. Xaricdə işləyən məşqçilərin buynuzu yoxdu ki. Bizim savadımız da yetərincə var. Robert Karlos bu vaxta kimi heç bir klubda baş məşqçi kimi işləməmişdi. Amma hazırda “Sivasspor”da çalışır. Niyə? Çünki tanınmış adamdı, adı var, Braziliya kimi bir futbol ölkəsinin nümayəndəsidi. Fikrimcə yerli məşqçilərdən hər biri xaricdə işləyə bilər”.
 
“Qarabağ”ın baş məşqisi Qurban Qurbanov da əsas səbəbin Azərbaycanın böyük futbol ölkəsi kimi tanınmaması olduğunu bildirdi: “Azərbaycan yenicə futbol aləmində üzə çıxmağa, tanınmağa başlayıb. Mən də daxil olmaqla məşqçilərimizin ölkə xaricində çalışmamasına səbəb budu. Bizim nə milli, nə də klub səviyyəsində böyük uğurlarımız var. İndi-indi formalaşmağa başlamışıq. Mənə təklif gəlsə, bu barədə düşünərəm. Amma xaricə çıxmaq məqsədi ilə hər ölkədə işləmək də düzgün deyil. İmic nəzərə alınmalıdı”.
 
KƏMALƏ İSMAYILOVA

Arxiv

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?