Ölkə futbolu
Araz Hollandiya, Macarıstan və Portuqaliya klubları ilə bir qrupa düşdü
Futzal üzrə UEFA Kubokunun elit raundunun püşkü atıl…

Futzal üzrə UEFA Kubokunun elit raundunun püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, bu mərhələdə dörd qrupa bölünmüş 16 komanda iştirak edəcək.
Azərbaycan çempionu “Araz” D qrupuna düşüb. “Sportinq” (Portuqaliya), “Qyor” (Macarıstan) və “Eyndhoven” (Hollandiya) klubumuzun rəqibləri olacaq. Bu qrupun oyunları Portuqaliyada keçiriləcək.
Digər qrupların tərkibi isə belədi:
A qrupu: “Barselona” (İspaniya), “Xrudim” (Çexiya), “Tanqo Mureş” (Rumıniya), “Lokomotiv” (Ukrayna)
Qrupun oyunları Çexiyada keçiriləcək
B qrupu: “Dinamo” (Rusiya), Litiya (Sloveniya), Slov-Matik (Slovakiya), Ekonomaç (Serbiya).
Qrupun oyunları Sloveniyada keçiriləcək
C qrupu: Kayrat (Qazaxıstan), “VitEn” (Belarus), “Tanqo” (Bosniya və Herseqovina), “Tullar” (Qazaxstan)
Qrupun oyunları Qazaxıstanda keçiriləcək
Xatırladaq ki, elit raundun oyunları 19-24 noyabr aralığında baş tutacaq.
- Ölkə futbolu20 saat əvvəl
“Mənə qarşı münasibətdən məyus oldum” – Kərəm Sultanov
- Ölkə futbolu21 saat əvvəl
Polşa klubu 200 min avro ödəməlidir – Mahirə görə
- Ölkə futbolu19 saat əvvəl
Alvaro Tavareş: “Keşlə”də layiq olduğum şans verilmədi”
- Dünya futbolu22 saat əvvəl
“Fənərbaxça”nı Super Liqanın digər klubuna dəyişdi