Connect with us

Milli komanda

Statistikaya aldanmayın, Foqts getməlidi

Milli hamının müzakirə etdiyi və öz fikrində haqlı old…

-də paylaşıldı

Milli hamının müzakirə etdiyi və öz fikrində haqlı olduğunu düşündüyü komandadı. Yığmadan bir futbol matçına baxan da danışır, bu oyunun xəstəsi də. Elə ona görə də daha bir tsiklin bitməsi, eyni zamanda baş məşqçi Berti Foqtsun AFFA-yla müqaviləsinin yekunlaşması müzakirələri daha aktual edib.
 
İlin sonuna və ya AFFA İcraiyyə Komitəsinin yeni təyinatı təsdiqləyəcək toplantısına kimi millinin baş məşqçi postu ətrafında müzakirələr səngiməyəcək. Millimizin son seçmə mərhələnin 10 oyunun 7-də uduzmaması, bizim üçün rekord sayılan 9 xal toplaması isə zəmin yaradır ki, hələ Foqtsla müqavilənin yenilənməsi və ya onun başqasıyla əvəzlənməsi də müzakirə olunsun. Bu 9 xal almanın xələfləri üçün təzyiq mənbəyi, azarkeşlər və AFFA rəhbərliyi üçün isə yeni hədəfin başlanğıc nöqtəsi olacaq.
 
Foqts qalmalıdımı? Yox!
 
…Ona görə ki, son illər məhz Foqtsun vaxtında əldə olunun nisbətən yaxşı nəticələr heç də alman çalışdırıcının əməyinin nəticəsi deyil. Günümüzün reallığı diqtə edir ki, bu qədər qayğıyla əhatə olunan milli komandanın çətinliklə 4-cü yerdən yapışması gücün göstəricisi deyil. AFFA-dan qələbəyə görə 100-120 min dollar alan futbolçular əzmkarlıqları, eyni zamanda belə qazancı itirmək istəməmələri  hesabına ayaq altına baş qoyublar. Foqtsun komandasında oyun planı baxımından inkişaf olsaydı, mükafatı az olan oyunlarda zəif rəqibləri tək ayaqla keçərdik. Amma biz Lüksemburqa 4 xal bağışladıq. Ona görə də statitika hər nə qədər Foqtsun qalması gərəkdiyini diqtə etsə də reallığı bilənlər anlayır ki, Foqts getməlidi.
 
Foqts qalmalıdımı? Yox!
 
…Ona gorə ki, MDB-də Rusiya və Ukraynadan sonra ən yaxşı yer tutan 3 komandadan biri olsaq da, cəmi 5 komandadan çox xal toplamışıq, qələbə sayında heç kimdən öndə deyilik, hətta 11 yığmadan zəifik. Ermənilər İtaliyadan xalla qayıdırsa, Danimarkanı səfərdə darmadağın edirsə, ümumilikdə 4 qələbə qazanırsa, Foqtsun qetimələrinin minnətli Rusiya heç-heçəsi sayəsində 4-cü olması kimə lazımdı, Bax, elə ona görə, Foqts getməlidi.
 
Foqts qalmalıdımı? Yox!
 
…Ona görə ki, məçqçi kimi onun zirvəsi budur. Almaniya kimi güclü millidə bəlkə də yaöşı nəticələrə nail olub, ancaq bizdəki futbolçu potensialı ilə Foqts daha yaxşısına nail ola bilməz. Elə yığma oyunçularının alman çalışdırıcının qalmasını istəmələri barədə açıqlamaları da təsadüfi deyil. Millidə yeri təmin olunan futbolçular özləri də dəyişiklik istəmir. Ancaq yeni həyəcan, yeni hədəflər, yeni komanda quruculuğu naminə Foqts getməlidi.
 
Foqts qalmalıdımı? Yox!
 
…Ona görə ki, millidə təskilatlanmış oyundan, yüksək fiziki hazırlıqdan, intizamdan dəm vuranlar unudur ki, bunun üçün alman çalışdırıcı 6 ili qurban verdi. Gorəsən, əvvəlki çalışdırıcılara bu qədər zaman niyə tanınmırdı? Kreslosunu itirməkdən qorxduğu üçün inkişafa istiqamətlənmiş strategiyadan imtina edən və daha çox nəticəyə oynayan məşqçilərə eyni zaman tanınsaydı, inaniram ki, onlar daha yaxşısına nail olardı, ikirəqəmli xalı çoxdan görərdik. Maksimum zamanda minimum işlər gördüyü üçün Foqts getməlidi.
 
Foqts qalmalıdımı? Yox!
 
…Ona görə ki, yalnız əsas komanda üçün nəsə etməyə çalışır. Bəs sabah milli komandanın liderlərini kim əvəz edəcək? Aşağı yaş qrupundan olan millilərimizin məğlubiyyətləri sıralaması bir yana, heç bu komandalarda vahid oyun modeli, oyun taktikası da yoxdu. U-17, U-19, U-21 bu gün Almaniyada nə bu ölkəyə, nə də tarixi vətəninə lazım olmayan türklər, eləcə də dağıstanlılar söz yiyəsidi. Pula, şəxsi maraqlarına görə başqa ölkənin millisini seçənlərin ipinin üstünə odun yığmaq olmaz. Bu tendensiya əvvəllər də bizdə olub və heç bir xeyrini görməmişik. Bu baxımdan heç nəyi dəyişə bilmədiyi, əksinə, Almaniyada daha bir bazar açdığı üçün Foqts getməlidi.
 
Foqts qalmalıdımı? Yox!
 
…Ona görə ki, məşqçi bacarığını təkmilləşdimir. Almaniya yığmasını Avropa çempionu edərkən nəyə əsaslanırdısa, yenə eyni tərzlə işləyir. Bəli, artıq müdafiədə etibarlı oynayırıq, az qol buraxırıq. Ancaq ifrata varmaq da düz deyil. Müdafiəylə 1-2 oyun udmaq olar, amma daha böyük hədəflər üçün daha böyük düşünməlisən. Nəticə qazanmaq bəzən risk tələb edir. Bu ehkamı yaxına buraxmadığı üçün Foqts getməlidi.
 
Foqts qalmalıdımı? Yox!
 
…Ona görə ki, qarşıdan Avro-2016 gəlir. Fransada təşkil olunacaq yarış ona görə önəmlidi ki, final mərhələsinin iştirakçılarının sayı çoxalacağından ora düşmək üçün daha böyük şans var. Son dünya və Avropa çempionlarınnın, eləcə də sürpriz edən komandalarının “sükan” sahiblərinin kimliyinə baxın – hamısı yerli mütəxəssisdi. Çünki onlar üçün iş və maaş yerindən əlavə milli qürur hissi, futbolçularla bütünləşmə həvəsi, daha sıx bağlı olduğu futbolçularla mentalitetdən qaynaqlanan doğma ölkə adına ən yaxşını etmək arzusu da var. Məhz elə Fransaya yollanmağa şansımızı artırmaq üçün Foqts getməlidi.
 
VUSAL

Arxiv

Dünya futbolu2021-02-26 01:55

Avropa Liqasında 1/8 finalçılar bəlli oldu

Dünya futbolu2021-02-26 00:32

Araz Abdullayev üçün 3 dəqiqə və 1 xal

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Ölkə futbolu2021-02-25 21:37

“Qarabağ” Xocalı soyqırımını xüsusi forma ilə yad etdi

Premyer-liqa2021-02-25 21:13

Qurban Qurbanov: “Bu istəyi qoruyub saxlamaq lazımdır”

Premyer-liqa2021-02-25 21:10

“Sumqayıt” Qəbələdən xalsız döndü – VİDEO

Premyer-liqa2021-02-25 20:47

“Buraya məğlub olmağa gəlməmişdik” – Aftandil Hacıyev

Premyer-liqa2021-02-25 20:20

“Qarabağ” “Neftçi”yə çatdı

Premyer-liqa2021-02-25 19:53

“İlk hissədəki oyunumuz bizə ümid verir” – Visente Qomes

Premyer-liqa2021-02-25 19:44

“Bu, bizim üçün bir imtahandır” – Sənan Qurbanov

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-25 18:50

Rəşad Sadıqov: “Davit Volkovun zədəsi ciddi görünür”

Premyer-liqa2021-02-25 18:27

Samir Abasov “Zirə”yə məğlubiyyəti şərh etdi

Premyer-liqa2021-02-25 17:57

“Bunun nə ilə bağlı olduğunu bilmirəm” – “Qəbələ”nin məşqçisi

Premyer-liqa2021-02-25 17:43

Ayxan Abbasov: “Qəbələ” bizdən daha istəkli idi”

Digər2021-02-25 17:20

Azərbaycanda koronavirusa 126 yeni yoluxma

Dünya futbolu2021-02-25 17:17

Cordan Henderson AÇ-2020-ni buraxa bilər

Ölkə futbolu2021-02-25 16:13

“Qarabağ” Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanladı

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-13 21:34

Azərbaycan derbisində 3 qol, 4 “qırmızı” – VİDEO

Premyer-liqa2021-02-13 19:12

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Ölkə futbolu2021-02-13 13:40

Derbi öncəsi “Neftçi”də “sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-02-12 13:06

“Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi danışdı – VİDEO

Premyer-liqa2021-02-12 12:48

“Qarabağ” – “Neftçi”: Promo – VİDEO

Gündəm