Connect with us

Ölkə futbolu

Ruslan Abışov da tez qayıdacaq

Bir var universitetə qəbul olmaq, bir də var, adın jurnalda olmada…

-də paylaşıldı

Bir var universitetə qəbul olmaq, bir də var, adın jurnalda olmadan sadəcə, kiminsə icazəsiylə auditoriyada oturub dərsləri izləmək. Hər halda, gələcəkdə diplom almaqla sənədsiz elm öyrənmək müqayisə oluna bilməz.
 
Xaricdə futbol həyatını sürdürməyi elm ocağında təhsil almağa bənzətsək, bizim futbolçularımız bu mənada sadəcə, ikinci yolu tuturlar. Yəni yüksək səviyyəli komandaların heyətində oynamaq üçün sevinə-sevinə yollanıb suyu süzülə-süzülə qayıdırlar. Dəfələrlə bunun şahidi olduğumuzdan "xəcalət mürəkkəbi ilə yazılan dəftəri" yenidən vərəqləmək düzgün olmazdı. Necə deyərlər, bu, bizim utanc yerimizdi.
 
Suflyor qədər də faydası olmayan futbolçu
 
3 il öncə "Anji"yə yollanan Mahir Şükürov bir il orada qərarlaşdıqdan sonra yenidən vətənə qayıtmalı oldusa, Ruslan Abışov da Rusiyada eyni aqibəti yaşamaq üzrədi. "Rubin"in çalışdırıcısı Kurban Berdıyevin kəşfi kimi Kazana üz tutan həmyerlimiz hələ də ehtiyat oyunçular skamyasını "uğurla qızdırır". Rusiya çempionatında yalnız "Amkar"la matçda meydanda olan Abışov sonuncu dəfə Avropa Liqasında "Sulte Varegem"lə oyunda start heyətində yer aldı. Bu da onun "əmək kitabçası". Əlbəttə ki, buna əmək demək mümkün olarsa…
 
Düzdü, etiraf etməliyik ki, "Rubin"in heyətində meydana çıxan futbolçular həm adına, həm də meydanda etdiklərinə görə Ruslandan xeyli səviyyəlidi. Yəni, həmyerlimizi onlarla müqayisə etmək gülməli olardı. Ən azı ortada transfer qiyməti var. Təkcə Ruslanın mövqeyində oynayan Yann Mvilanın qiymətinin 12 milyon avro olduğunu xatırlatsaq, kifayətdi. Ruslan isə "Rubin"ə el dili ilə desə, "heç neçəyə başa gəlib". Təbii ki, heç kim xeyli pul xərclədiyin futbolçunu ehtiyat oyunçular skamyasında əyləşdirib ucuz başa gələn futbolçunu döyüşə atmaz. Ona görə də Kurban Berdıyevi başa düşmək elə də çətin deyil.
 
Bu məsələdə mən mövcud durumla razıyam. Yəni buna heç kim irad bildirə bilməz. Ancaq mənə çatmayan Ruslanın "Rubin"ə yollanmasıdı. Yox, mən heç də həmyerlimizin oyun praktikası sarıdan korluq çəkdiyini və formadan düşdüyünü qabartmıram. Yəni, ortada narahatedici fakt yoxdu. Yığmanın heyətində Abışovun necə var, elə də oynadığını görürük. Etiraf edək ki, "Rubin"də məşq etmək Azərbaycan çempionatında oynamaqdan daha çətindi. Sadəcə, Abışovun çatışmazlığı oyun ruhu və ab-havasını hiss etməkdi. Bu problem Abışovun başını ağrıtmalıdı, Azərbaycan yığmasının baş məşqçisini yox.
 
Məsələ ondadı ki, Foqts Ruslandan istədiyini ala bilir, amma səbəbkar öz həyatından razıdımı? Futbolçu meydanda oynamaq üçün yaranıb, daha ehtiyat oyunçular skamyasında əyləşmək üçün yox. Sən hər nə qədər orada "kök salacaqsansa", bir o qədər bu oyunun fanatları üçün bir futbolçu kimi yoxsan! Hətta suflyor belə teatrda aktyor qədər effektli və gözəgirən olmasa da, onun tamaşaya müəyyən faydası dəyir. Ancaq ehtiyatda oturan oyunçu meydanda baş verən prosseslərə suflyor qədər də xeyir vermir. Ən əsası o, öz karyerasını məhv edir.
 
Futbol dünyasında baş verən transfer əməliyyatlarının heç olmasa, 70 faizi bir oyunçunun ehtiyatda oturmaqdan bezməsinə görə baş verir. Belədə heyətə düşə bilməyən oyunçu məcbur olub komandasını dəyişmək eşqinə düşür. Belə oyunçular oynamadığına görə əzəmətini itirsə də, bu zülmə tab gətirməyib qürurunu itirmir. Ancaq çox təəssüf ki, bu hisslər Azərbaycan futbolçusuna yaddı.
 
Bədbin olmayaq, nə edək?
 
Adətən yerli futbolçularımız yaxşı pul aldığına görə ehtiyat oyunçular skamyasında oturmağa da razılıq verir. Di gəl ki, bu sözləri Abışova da aid etmək olmaz. Guya həmyerlimiz "Rubin"də ehtiyatda əyləşdiyinə görə "qaz vurub, qazan doldurur". Hətta əminliklə söyləyə bilərəm ki, o burada "Neftçi" və "Xəzər Lənkəran"da daha çox qazanırdı. Xüsusən də Cənub təmsilçisində. Sadəcə, Ruslanı qınamıram, o, Rusiyaya oynamaq və Azərbaycan futbolunu təmsil etmək üçün yollandı. Amma nə edək ki, alınmadı! Günlər ötdükcə dəqiqələr həmyerlimizin əleyhinə işləyir. Ola bilər, qız qaldıqca qızıla dönsün, amma futbolçu qaldıqca paslanacaq (Ekspress).
 
Əlbəttə, Abışovun səbr etdiyini və nəvaxtsa zamanının yetişəcəyini iddia etmək olar. Amma o vaxtın nəvaxtsa yetişəcəyinə zəmanət vermək mümkündümü? Düzdü, biz indi Kurban Berdıyevin həmyerlimizə nə kimi vədlər verdiyindən xəbərsizik. Amma biz onu da bilmirik ki, o, Ruslana vəd verir, yoxsa yox? "Allahdan buyruq, ağzıma quyruq" deməklə deyil axı. Böyük ümidlərlə Rusiyaya göndərdiyimiz oyunçu heç matçların son dəqiqələrində meydana da çıxmır ki, deyək ki, "hə, gözümüzün qurdunu öldürdük". Əksinə, ürəyimizdəki qurdlar burada bizi öldürür. Hətta bu qurd bəzən ürəyimizdə mənasız fikirlər formalaşdırır.
 
Məsələn, fikirləşə bilərik ki, Abışov Rusiyaya yollanmaqla özünü reklam edir və qiymətini qaldırır. Nə var-nə var, yenidən Azərbaycana qayıtsa, daha böyük məbləğli müqavilələrin altına qol çəksin. Məgər bizim klublar belə ucuz reklamlar üçün sinov getmir?
 
Danışılası çox söz var, amma ortada görüləsi iş yoxdu. Erməni futbolçunun biri "Spartak"ı, digəri Dortmund "Borussiya"sını daşıdığı məqamda biz hələ nağıllara inanırıq. Ancaq bizim nağıllarda göydən üç alma düşmür. Bizdə legioner həyatı yaşamaq istəyənlər göyə qalxıb yenidən başımıza çırpılır. Sonra da deyirik ki, futbolumuz niyə inkişaf etmir…
 
CAVAD

Arxiv

Dünya futbolu2021-01-26 09:30

“Arsenal”dan ayrıldı, ölkəsinə döndü

Ölkə futbolu2021-01-26 09:15

Gəncə, “Sabah”ın xeyir

Dünya futbolu2021-01-26 09:00

Skolari istefaya göndərildi

Dünya futbolu2021-01-26 02:38

“Atletik”dən darmadağın

Dünya futbolu2021-01-26 00:13

Bundesliqa klubunda yeni baş məşqçi

Dünya futbolu2021-01-25 23:44

Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

Dünya futbolu2021-01-25 23:40

Üçüncü dəfə “Qalatasaray”la müqavilə imzaladı

Dünya futbolu2021-01-25 22:28

“Fənərbaxça”dan darmadağın

Dünya futbolu2021-01-25 21:58

Təbriz klubu doğma meydanda uduzdu

Ölkə futbolu2021-01-25 21:17

“Neftçi”nin kubok oyununa hazırlığı davam edir

Ölkə kuboku2021-01-25 20:41

“Sabah” kubokla erkən vidalaşdı – VİDEO

Digər2021-01-25 20:35

Füzulinin Dövlətyarlı kəndi – VİDEO

Ölkə kuboku2021-01-25 20:09

“Zirə” darmadağınla mərhələ adladı – VİDEO

Ölkə kuboku2021-01-25 19:50

Rəşad Sadıqov kubokdakı qələbəni şərh etdi – VİDEO

Ölkə kuboku2021-01-25 19:41

“Ən böyük məsuliyyət baş məşqçinin üzərinə düşür”

Ölkə kuboku2021-01-25 19:35

“Əks-hücumda oynamağın bəhrəsini gördük” – Yaşar Vahabzadə

Ölkə kuboku2021-01-25 19:21

Azərbaycan Kubokunda 1/4 final cütləri məlum oldu

Digər2021-01-25 19:08

Azərbaycanda koronavirusa 57 yeni yoluxma

Dünya futbolu2021-01-25 19:03

“Fənərbaxça” Özilin maaşını açıqladı

Ölkə kuboku2021-01-25 18:53

Kubokda sensasiya: “Kəpəz” “Sabah”ı 1/4 finala buraxmadı

Ölkə kuboku2021-01-25 20:09

“Zirə” darmadağınla mərhələ adladı – VİDEO

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?