Connect with us

Premyer-liqa

Meydan sahiblərinin turu

Topaz Premyer Liqasında daha bir tur arxada qaldı. Futbolinfo.az xə…

-də paylaşıldı

Topaz Premyer Liqasında daha bir tur arxada qaldı. Futbolinfo.az xəbər verir ki, 12-ci turun oyunları üç gün ərzində keçirildi.
 
Turun açılış oyununda “Bakı” “Simurq”u qəbul etdi. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşmış komandaların arasında keçirilmiş əvvəlki oyunlarda paytaxt klubunun üstünlüyü diqqət çəkirdi. Bu komandanın 7 qələbəsi vardı. Daha 7 görüşdə heç-heçə qeydə alındığı halda, “Simurq” bakılılara cəmi 3 dəfə qalib gəlmişdi. Son 3 qarşılaşmada rəqibini xala həsrət qoyan bakılılar 18-ci dəfə görüşəcəyi “Simurq”la oyunlarda üstünlüyünü artırmağı hədəfləmişdi. Milinko Pantiçin yetirmələri bu istəklərinə çətin qələbə sayəsində nail oldular. Beş qolun vurulduğu görüş yenə Zaqatala klubunun məğlubiyyəti ilə başa çatdı. Beləcə, “Simurq” artıq 8 oyundu uda bilmədiyi paytaxt təmsilçisi ilə matçlarda 3 illik həsrətə yenə son qoymağı bacarmadı.
 
İkinci oyun günü paytaxt derbisi ilə əlamətdar oldu. Son turlarda inamlı çıxışı ilə irəliləyişə nail olan “İnter” geridə qalan 11 tur ərzində hamıdan çox – 21 qol buraxan “Rəvan”ı sınağa çəkdi. Paytaxt derbisinə “İnter” aşkar üstünlüklə çıxmışdı. Kaxaber Sxadadzenin yetirmələri indiyədək 5 dəfə qarşılaşdığı rəqibini həmişə məğlub etmişdi. Xala həsrət qalan “Rəvan” səfərdə rəqibinin qapısına yol da tapa bilmirdi. Bu dəfə Şahin Diniyevin rəhbərliyi altında rəqib qapısına iki qol vurmaq mümkün oldu. Amma məğlubiyyət sindromuna son qoymaq “aslanlar”a yenə qismət olmadı. Beləcə, “bankirlər” cari mövsümdə ilk dəfə ardıcıl iki qələbəyə sevindilər. "Rəvan" isə Diniyevin rəhbərliyi altında da hələlik istədiyi nəticələri əldə edə bilmir.
 
Ən maraqla gözlənilən qarşılaşmalardan biri heç şübhəsiz ki, “Böyük oyun” idi. Çünki çempionatımızın ən prinsipial qarşılaşmalarından birinə çevrilən “Neftçi” – “Xəzər Lənkəran” matçına maraq kifayət qədər yüksəkdi. Ötən həftə Azərbaycan Super Kuboku uğrunda oyunda üz-üzə gələn komandalar bu dəfə növbəti “Böyük oyun”da qarşılaşdılar. Çempionata təsadüf edən 27-ci “böyük oyun”a “Neftçi” minimal üstünlüklə çıxmışdı. Bu görüşdə “Neftçi” ilk növbədə Super Kubokdakı yenilgini unutdurmağa çalışacaqdı. Eyni zamanda “ağ-qaralar” yeni baş məşqçi Nazim Süleymanovla ilk qələbəsini də rəsmiləşdirməyi hədəfləmişdi. Süleymanovun vaxtilə cənub klubunda çalışması da oyuna xüsusi maraq qatan amillərdən idi. Con Toşakın komandası ilk növbədə son turdakı ev oyununda “Qarabağ”a darmadağını unutdurmaq və Super Kubokdakı qələbənin təsadüfi olmadığını isbatlamaq istəyindəydi. Amma “Neftçi” bu oyunda rəqibinə demək olar ki, heç bir şans vermədi. Darmadağınla qalib gələn “ağ-qaralar” həm Super Kubok uğursuzluğunu unutdurmuş oldu, həm də Süleymanovla ilk qələbə sevincini yaşadı. Məlum səbəblərdən cənublu azarkeşlərin bu qarşılaşmada komandalarına dəstək göstərə bilməməsi də “ağ-yaşıllar”ın çıxışına təsirsiz ötüşmədi. İstənilən halda cənub təmsilçisinin çempionatdakı uğursuz və qeyri-sabit çıxışı davam etməkdədi.
 
Ötən tur “İnter”ə uduzan AZAL bu tur Sumqayıta səfər etdi. Yerli “Sumqayıt”la oyun hər iki komanda üçün əhəmiyyətli idi. Belə ki, son turlarda hər iki komanda uğursuzluqla üzləşirdi. Ev sahibi “Sumqayıt” 5 oyun idi ki, rəqib qapılarına yol tapa bilmirdi. İlk 5 turda 4 ardıcıl qələbə qazanan AZAL isə 6 oyun idi ki, qalib gələ bilmirdi. 10-cu – yubiley duelinə üstün çıxan AZAL autsayderlə matçda üstünlüyünü artırmağı hədəfləmişdi. 4 qələbəsi olan “təyyarəçilər”lə müqayisədə “Sumqayıt” 2 dəfə bu rəqibinə qalib gəlmişdi. Daha üç oyunda isə sülh qeydə alınmışdı. Elə bu dəfə də tərəflər meydandan sülhlə ayrıldılar. Beləcə, sözügedən komandaların qələbə həsrəti daha bir tur uzandı.
 
Turun mərkəzi oyununda “Qarabağ” “Qəbələ” ilə qarşılaşdı. Turnir cədvəlinin ilk üçlüyündə qərarlaşmış komandaların ilk dövrədəki oyunu ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatmışdı. Bütövlükdə isə, çempionatlarda 22 dəfə görüşən əyalət təmsilçilərinin matçlarında “Qarabağ” üstünlüyə malik idi. “Qəbələ” son 4 matçda qalib gələ bilməmişdi. Ardıcıl 5 matç idi meydanı qolsuz tərk etməyən Ağdam təmsilçisi son 3 görüşdə qapısından qol da buraxmamışdı. “Qarabağ” bu rəqibinə əvvəlki görüşlərdə 9 dəfə qalib gəlmişdisə, “Qəbələ” meydanı 5 dəfə 3 xalla tərk etmişdi. 7 qarşılaşmada isə tərəflər xalları yarı bölmüşdülər. Amma Ağdam klubu bu görüşdə də qələbəyə sevinən tərəf oldu. Düzdü, ağdamlılar 4 cavabsız qol vurduqdan sonra arxayınlaşdılar. Bunun məntiqi nəticəsi kimi, “Qəbələ” buraxılan qollardan üçünün əvəzini çıxmağı bacardı. Amma Syominin yetirmələrinin gücü bundan artığına çatmadı və qarşılaşma “Qarabağ”ın qələbəsi ilə başa çatdı. Nəticədə, bu komanda yenidən zirvəyə döndü. "Qəbələ" isə nə qədər çalışsa da, hələlik mövsümün əvvəlində əldə etdiyi liderliyi geri qaytara bilmir.
 
Bütövlükdə, bu turu meydan sahiblərinin aktivinə yazmaq olar. Necə də olmasa, yalnız bir görüşdəki heç-heçəni nəzərə almasaq, qalan bütün görüşlərdə qələbə qazanan tərəf meydan sahibləri oldular. Bu tur həm də cari mövsümün ən məhsuldar turu oldu. İndiyə qədər bir turda 22 qol vurulmamışdı.
 
Topaz Premyer Liqası
12-ci tur
 
BAKI – SİMURQ – 3:2
Qollar: Əfran İsmayılov, 18-pen; 74-pen, Rauf Əliyev, 77 – Patrik Osiako, 43, Nicat Qurbanov, 82.
Sarı vərəqələr: Elvin Məmmədov, 30 (qeyri-idman hərəkəti); Vadim Abdullayev, 49 (qeyri-idman hərəkəti); Yure Travner, 78 (oyunun bərpasını gecikdirdiyi üçün); Elxan Əhmədov, 90+3 (oyunun bərpasını gecikdirdiyi üçün) – Pavel Kapsa, 18 (qeyri-idman hərəkəti); Nicat Qurbanov, 71 (hakimin qərarına etiraz); Dilaver Zrnanoviç, 73 (qeyri-idman hərəkəti); Salif Ballo, 84 (qeyri-idman hərəkəti).
Hakimlər: Diniyev Ramil, Abbasov Yaşar, Əliyev İsgəndər, Nəsirov Ziya.
Əlavə köməkçi hakimlər: Əliyev Vüsal, Məmmədov Orxan.
AFFA nümayəndəsi: Məmmədzadə Sakin.
Hakim-inspektor: Məmmədov Xaqani.
Artırılan vaxt: I hissədə – 2 dəq.; II hissədə – 3 dəq.
1 noyabr 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.
 
Bakı: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonsales, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov (2. Deyvidas Çesnauski, 90), 10. Aleksandar Soliç (20. Mindauqas Kalonas, 10), 11. Rauf Əliyev (k), 12. Etto, 21. Elvin Məmmədov (8. Cavid Hüseynov, 53), 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 15. Alberto Noquera, 17. Risto Ristoviç, 19. Marius Pena.
Baş məşqçi: Milinko Pantiç.
Simurq: 1. Pavel Kapsa, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako (22. Salif Ballo, 81), 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak (30. Raul Kostin, 77), 18. Tural Axundov, 28. Nenad Kiso, 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 20. İdan Vaytsman.
Baş məşqçi: Georgi Çixradze.
 
NEFTÇİ – XƏZƏR LƏNKƏRAN – 4:1
Qollar: Bahodır Nasimov, 45, Mahir Şükürov, 65-pen, Ernest Nfor, 90, Flavinyo, 90+3 – Etame Mbilla, 90+2.
Sarı vərəqələr: Flavio Aleks Valensio, 39 (qeyri-idman hərəkəti); Rəşad Sadiqov, 44 (hakimin qərarına etiraz) // Etame Mbilla, 36 (qeyri-idman hərəkəti); Rasim Ramaldanov, 63 (qeyri-idman hərəkəti); Orxan Sadıqlı, 63 (hakimin qərarına etiraz); Ağabala Ramazanov, 83 (qeyri-idman hərəkəti).
Hakimlər: Məmmədov Orxan, Musayev Elman, Musayev Vaqif, Paşayev Ömər.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Əhmədov Maşallah.
Hakim-inspektor: Həsənov Məlik.
Artırılan vaxt: I hissədə – 2 dəq.; II hissədə – 4 dəq.
2 noyabr 2013. Bakı. “Bakcell Arena”. 2000 tamaşaçı.
 
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 10. Cavid İmamverdiyev (4. Tərlan Quliyev, 71), 14. Bahodır Nasimov (90. Ernest Nfor, 61), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov (19. Mirhüseyn Seyidov, 88).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 11. Melvin Platye, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Nazim Süleymanov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov (18. Tural Cəlilov, 73), 7. Sadio Tounkara, 8. Edu Oriol (55. Ağabala Ramazanov, 52), 10. Elnur Abdullayev (23. Nikola Qliqorov, 58), 11. Zohair Benuahi, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 9. Uğur Pamuk, 22. Deyvid Sakkoni.
Baş məşqçi: Con Toşak.
 
İNTER – RƏVAN – 3:2
Qollar: Baçana Sxadadze, 5, Vaqif Cavadov, 12, Brüs Abdulay, 81 – Ramazan Abbasov, 16, Miloş Adamoviç, 90.
Sarı vərəqələr: İvan Benites, 73 (qeyri-idman hərəkəti) – Ceyhun Cavadov, 33 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyev Vüsal, Əmiraslanov Knyaz, Yusifov Cavanşir, Əhmədov Tahir.
AFFA nümayəndəsi: Əmirəliyev Əsgər.
Hakim-inspektor: Məmmədov Akif.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 3 dəq.
2 noyabr 2013. Bakı. “Şəfa” stadionu. 500 tamaşaçı.
 
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 4. İvan Benites, 11. Asif Məmmədov (9. Aleksandr İaşvili, 69), 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (19. Sezar Meza Kolli, 89), 33. Matiya Spiçiç (7. Ruslan Əmircanov, 68), 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 14. İlqar Ələkbərov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov (19. Hüseyn Axundov, 87), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k) (9. Elnur Abdulov, 77), 21. Novruz Məmmədov, 23. Kristian Torres (20. Miloş Adamoviç, 46), 27. Rəşad Abdullayev, 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Frederik Holster, 11. Kamil Nurəhmədov, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev.
 
SUMQAYIT – AZAL – 0:0
Sarı vərəqələr: Yuri Fomenko, 50 (simulyasiya); Oskar Klava, 82 (perspektivli hücumun qarşısını aldığına görə).
Hakimlər: Yusifov Fariz, Haşımov Mübariz, Əsgərov Azər, Məmmədov Fərid.
AFFA nümayəndəsi: Davudov Vaqif.
Hakim-inspektor: Məmmədov Murad.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 3 dəq.
3 noyabr 2013. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydança. 1000 tamaşaçı.
 
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov (15. Nodar Məmmədov, 70), 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 9. Orxan Əliyev (91. Vüqar Əsgərov, 89), 10. Ruslan Qurbanov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 22. Zaur Həşimov, 27. Nurlan Novruzov, 77. Mirzağa Hüseynpur.
Baş məşqçi: Aqil Məmmədov.
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov, 10. Con Oluremi (16. Freddi Borq, 90+2), 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k), 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 30. Yuri Fomenko (18. Samuel Barlay, 62).
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 21. Rey Məmmədbəyli, 28. Emin Cəfərquliyev , 31. Şəhriyar Rəhimov.
Baş məşqçi: Vaqif Sadıqov.
 
QARABAĞ – QƏBƏLƏ – 4:3
Qollar: Nikolas Gelaşvili, 26; 50, Vüqar Nadirov, 37, Çumbinyo, 65 – Lorenzo Ebesilio, 72, Leonardo da Silva, 78, Dodo, 86.
Sarı vərəqələr: Reynaldo Silva, 90+1 (qeyri-idman hərəkəti) // Volodimir Levin, 64 (qeyri-idman hərəkəti); Ürfan Abbasov, 66 (qeyri-idman hərəkəti)
Hakimlər: Ağayev Əliyar, Zeynalov Zeynal, Mahmudov Mehman, Məhərrəmov Ramiz.
Əlavə köməkçi hakimlər:  Əsgərov Elvin, Əhmədov Ramil.
AFFA nümayəndəsi: Hüseynov Mübariz.
Hakim-inspektor: Xudiyev Asim.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 3 dəq.
3 noyabr 2013. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı.
 
Qarabağ: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (10. Muarem Muarem, 76), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Çumbinyo (55. Bədavi Hüseynov, 90), 99. Nikolas Gelaşvili (41. Corc Leroy, 75).
Ehtiyat oyunçular: 13. İbrahim Sehiç, 7. Namiq Yusifov, 11. Ulrix Kapolonqo, 15. Toğrul Bilallı.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 25. Dieqo Kosta, 3. Nikola Valentiç (11. Yannik Kamanan, 87), 4. Amit Quluzadə (8. Nizami Hacıyev, 46), 6. Vladimir Levin (k), 9. Viktor Mendi (42. Leonardo da Silva, 46), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 22. Assis Rodriqes, 84. Kelhar Deyan, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Yuri Syomin.
 
1Qarabağ12831247+1727
2Neftçi12741188+1025
3Qəbələ127142013+722
4Bakı125342114+718
5İnter125162118+316
6AZAL124441115–416
7Simurq123541112–114
8XL123451017–713
9Rəvan12147724–177
10Sumqayıt12138520–156
 
Bombardirlər:
6 – Əfran İsmayılov (Bakı).
5 – Vaqif Cavadov (İnter), Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ).
4 – Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Leonardo da Silva (Qəbələ).

Arxiv

Dünya futbolu2021-05-11 23:44

“Beşiktaş”la “Fənərbaxça” uduzdu, “Qalatasaray” qalib gəldi

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 10:35

Sultanov AFFA-nın qərarını rəzalət sayır: “Ya futbola “əlvida” deyilməlidir, ya da onu bu günə salanlara”

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm