Connect with us

Ölkə futbolu

Bir gün Qəbələdə və ya bir oyuna 3 bilet alan azarkeş

Gecə telefonuma gələn zəngi qəbul etdim. Baş redaktorumuz V&uuml…

-də paylaşıldı

Gecə telefonuma gələn zəngi qəbul etdim. Baş redaktorumuz Vüsal Mahmudov "hazırlaş, sabah Qəbələyə gedirsən" dedi. "Baş üstə" deyib, sağollaşdım.
 
Düzü, işə yeni başlamağım, təcrübəmin az olması, bu tapşırığın öhdəsindən necə gələcəyim məni bir az fikirləşməyə vadar etdi. Buna baxmayaraq verilən tapşırığın vacibliyini dərk etmişdim. Səhərin açılmasını dörd gözlə gözlədim. Telefon saatının zəngi məni saat 09:00-da səhərin şirin yuxusundan ayrılmağa məcbur etdi. Tələsik çay içib, avtovağzal istiqamətinə yol aldım. Əvvələr istirahət üçün getdiyim Qəbələyə bu dəfə verilən tapşırığı icra etmək üçün yollandım.
 
Fikirləşmişdim ki, Qəbələ şəhərinə tez çataram. Lakin yolların bir az dumanlı olması bu proqnozuma bir az təsir göstərdi. Saat 13:00-da artıq gündən-günə abadlaşan, dumanlı, çiskinli Qəbələyə çatdım. Taksi sürücüsünə yaxınlaşıb oyunun keçiriləcəyi stadionun yerin müəyyənləşdirmək istəyəndə kənardan bir yaşlı kişi "gəl oğul, mən də ora gedirəm" deyərək səsləndi.
 
– Deyəsən, qonaq gəlmisən?
– Bəli dayı, Bakıdan gəlirəm.
– Stadion çox uzaqdadı?
– Yox bala, elə də uzaq deyil. Onsuz da hələ vaxta var. Gəzə-gəzə gedək. Sən də bir az təmiz hava almış olarsan. Onsuz da bütün günü Bakıda tüstülü hava udursuz.
– Dayı, adınız nədi?
– Adım Elxandı. Hamı burda mənə usta Elxan deyir.
– Hər oyunu izləyirsiz?
– Bütün oyunlara gəlib baxıram. Hər dəfə də yoldaşım deyinir ki, a kişi, bu qoca vaxtında hara gedirsən? Otur, evdə bax da. Arvada başa sala bilmirəm ki, futbolun həyacanını stadiondan yaşamaq lazımdı.
– "Qəbələ"nin çıxışından razısız?
– Bilirsən oğul, mən futbola SSRİ vaxtından baxıram. İndiki komandalara oynamağa imkan vermirlər. O vaxt "Neftçi" SSRİ çempionatında 12, 13-cü yeri tuturdu, amma yaxşı oyun nümayiş etdirirdi. İndi "Neftçi" oyun oynayır ki? Yalandan çıxıb TV-də tərifliyirlər. Yaxşı oynayan "İnter"di. Oynayır, amma nəticəsi yoxdu. "Simurq"un oyunlarına baxıram, həzz alıram. "Qarabağ" da əla oynayır. Burada bizə 1:0 hesabıyla qalib gəldilər. Nə olsun rəqib idi? Xoşuma gəlir onların oyunu. Bizim komanda da artıq inkişaf var. İndi 3-cü yerdəyik. Düzdü, çempion olmaq çətindi. "Qəbələ"də əsas futbolçu yetişdirmək üçün çalışırlar. Bu da yaxşı haldı. Bilirsən, futbolçu pambıq deyil e, gedib tarladan yığasan.
 
Ağsaqqal ilə şirin söhbətə başım necə qarışmışdısa, bir də baxdım ki, artıq stadiona çatmışıq. Elxan kişi ilə sağollaşıb, mətbuat nümayəndələri üçün ayrılan lojaya üz tutdum. Amma bu zaman azarkeşlərin çox sevincli olması diqqətimi çəkdi. Dərhal onlardan birinə yaxınlaşıb, bunun səbəbini öyrənməyə çalışdım. Məlum oldu ki, "Qəbələ" bu oyundan başlayaraq, yeni kampaniyaya start verib. Klub rəhbərliyi hər ev oyununda azarkeşlərin stadiona daha çox gəlməsinə nail olmaq üçün biletləri uduşlu edib. Belədə hər oyundan sonra 3-4 xoşbəxt azarkeş qiymətli hədiyyələr qazana biləcək. Görünür, məhz bu üzdən idi ki, yaxınlaşdığım azarkeş 1 yox, birdən-birə 3 bilet (!) almışdı.
 
Gülümsəyərək azarkeşdən ayrılıb media nümayəndələri üçün təşkil olunan yerə getdim. Oyunun başlamasına az qalmasına baxmayaraq, matçı izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də olduğunu görüb, ondan da açıqlama almağa çalışdım. Musayev bu görüşdən maraqlı mübarizə gözlədiyini və ona görə Qəbələyə üz tutduğunu bildirdi.
 
Elə PFL prezidentinin dediyi kimi maraqlı oyunun şahidi olduq. Soyuq hava olmasına baxmayaraq, qarşılaşmanı izləməyə gələnlər heç də peşman olmadılar. İlk hissə qolsuz başa çatsa da, qarşılaşmanın 72-ci dəqiqəsində Leonardo da Silvanın vurduğu möhtəşəm qol "Qəbələ"yə minimal hesablı qələbə qazandırdı. Oyunun hakimi Fariz Yusifov final fitini səsləndirən kimi azarkeşlər dərhal aldıqları biletləri ciblərindən çıxarmağa başladılar. Şanslı azarkeşlər meydanın mərkəzində biletin seriya nömrəsilə keçirilən lotereyada müəyyənləşəcəkdi. Mətbuat konfransına gedirdim ki, stadionda  sonu 303 olan biletin ütü qazandığı səsləndirildi. Stadionda bir qəh-qəhə qopdu ki, gəl görəsən.
 
Mətbuat konfransına öncə AZAL-ın çalışdırıcısı Vaqif Sadıqov təşrif buyurdu. Zədəli oyunçuların yoxluğundan, hakimin hesablanmış sarı vərəqə verməsindən şikayətlənən məşqçi ona ünvanlanan sualları cavablayaraq üzgün şəkildə konfrans zalını tərk etdi. Çox keçmədi ki, "Qəbələ"nin baş məşqçisi Yuri Syomin üzündə qələbənin gətirdiyi təbəssümlə içəri daxil oldu. Tərcüməçinin harada olduğunu soruşan rusiyalı mütəxəssis cavabı dərhal aldı: "onsuz da bizimkilər rus dilini bilir" .Tərcüməçinin gəlişindən sonra verilən suallara cavablayan təcrübəli məşqçi çıxarkən Azərbaycan dilində "sağ ol" deməyi də unutmadı.
 
Səhər yola çıxarkən Qəbələdən Bakıya qayıdan sonuncu marşrutun saat 18:00-da yola düşəcəyini əvvəlcədən öyrənmişdim. Çayxanada əyləşib çay içdikdən sonra avtovağzal istiqamətinə yola düşdüm. Günün yorğunluğu artıq öz sözünü deyirdi. Məhz bundan irəli gəlirdi ki, marşrutda yuxuya getmişdim. "Qardaş, şəhərə taksi lazımdı" sualını eşidəndə artıq Bakıya çatdığıma əmin oldum.
 
EMİN SƏFƏROV

Arxiv

Dünya futbolu2021-05-11 23:44

“Beşiktaş”la “Fənərbaxça” uduzdu, “Qalatasaray” qalib gəldi

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 10:35

Sultanov AFFA-nın qərarını rəzalət sayır: “Ya futbola “əlvida” deyilməlidir, ya da onu bu günə salanlara”

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm