Connect with us

Premyer-liqa

Klub rəhbərlərimiz üçün utandırıcı faktlar

Müdrüklərin yaxşı bir sözü var: alim olmaq asan…

-də paylaşıldı

Müdrüklərin yaxşı bir sözü var: alim olmaq asandı, amma adam olmaq çətin. Alimlərlə işim yoxdu, mənim dərdim futbolçularladı.
 
Futbolçu deyəndə ki, özümüzün topu o yana-bu yana qovan oyunçularımızı deyirəm haa. Yoxsa gərək  bizim bəzi topu ora-bura vuran oyunçularımıza futbolçu dedyimə görə Messidən, Ronaldodan və ya İbrahimoviçdən üzr istəyim.
 
Deyə bilərsiz ki, özündən razı olduğuna görə İbra da adam deyil. Amma  isveçli futbolçu heç vaxt meydanda öz komanda yoldaşını təhqir etməz. Ümumiyyətlə, futbol emosional oyun olduğundan burada rəqib oyunçular və ya hakimlə mübahisəyə girməyi normal qəbul etmək lazımdı. Əlbəttə, həddində. Amma siz öz komanda yoldaşınızı təhqir etmək adlı anlayış eşitmisinizmi? Bu, normal təfəkkürlü adamların işi deyil. Amma təəssüf ki, son zamanlar Azərbaycanda yeni bir dəstə yaranıb: öz komanda yoldaşlarını təhqir edənlər. Belə bir hal nəinki “Tarixi-Nadir” kitabında heç “Tarixi-futbol” əsərində də qeydə alınmayıb.
 
Əlbəttə, hamımız nəvaxtsa oyun zamanı bir komandanın iki üzvünün bir-biriylə atışdıgını görmüşük. Amma bu, çox nadir hallarda baş verir. Di gəl ki, hər həftə AFFA İntizam Komitəsinin öz komanda yoldaşını təhqir edən oyunçuları cəzalandırdıgını görəndə dəhşətə gəlirəm. Buna nə ad verəsən? İndi burada artıq-əskik yazaram, olaram onların tayı. İnsanın özünü aparması hər bir məsləkdən və peşədən üstündü. Onsuz da 5 qəpiklik futbolçu deyilsiz, heç olmasa, 1 qəpiklik adam olun!
 
Bu məsələni qabartmağımın əsas səbəbkarı AZAL-la oyunda komanda yoldaşı Ebesilyonu ötürmə etmədiyinə görə təhqir edən Elnur Allahverdiyevdi. Əvvəla, Allahın adam etdiyi adamın digər Allah bəndəsini təhqir etməyə heç bir haqqı yoxdu. İkincisi də, Ebesilyo “Ayaks”da qol vuranda sən Elnur “Neftçi”də, “Xəzər Lənkəran”da və “Qarabağ”da min oyundan çıxıb, ya komandanı azlıqda qoyurdun, ya da ki öz mədəniyyət(sizliy)ini göstərirdin. Əslində, günah səndə yox, səni futbolçu bilib (yenə də dünyanın aparıcı futbolçularından bu adı Elnura verdiyimə görə üzr istəyirəm) öz komandasında oynadandadi. Kimisə təhqir etməklə nəsə qazanırsansa, reseptini ver, biz də ondan xeyir götürək. Ya da Elnur özünü bomba oğlan kimi göstərmək istəyib. Amma hələ də bilmir ki, bizim bombalarımız futbolumuz kimi partlamır. Partlasaydı, daha “Qəbələ”də niyə oynayırdı ki? Gedib Özbilis kimi “Spartak”da, Mxitaryan kimi Dortmund “Borussiya”sında oynayardı. Görəsən adam bilmədiyimiz Özbilis də “Spartak”da Kombarovu belə söyür? Düzdü, Rusiyada və Avropada da bir futbolçu əsəbindən komanda yoldaşı haqda nalayiq nəsə deyə bilər. Amma onların söyüşü bizimkilərin təhqirinin ekvivalentinə bərabər deyil. Həm də ki, onlar bir söyəndə 2 qol vurur və 3 ötürmə edir. Ancaq bizimki 1) söyür; 2) təhqir edir; 3) azarkeşlərə ədəbsiz jest göstərir. Sonra da ayda külli-miqdarda məvacib alıb kef cəkir. Amma bacardıqca tərbiyəli olmağa çalışanlar qəpik-quruşa dolanır. Budu dünyanın ədaləti.
 
Həqiqətən də Ədalət yalnız kişi adı olduğu kimi, sən demə, Ləyaqət də Azərbaycanda qadın adı imiş. Yalnlız adlara verdiyimiz anlayışlar bəzi insanların özündə tapılmır.
Adlardan söz düşmüşkən, aşagıda İntizam Komitəsinin çıxardığı haqlı qərarlara ad verə bilirsizsə, məni də çağırın, yığışaq uşaqlara adqoydu edək. Görək Ədalətdən və ya Ləyaqətdən nə ad qoyuruq?
 
• Azərbaycan 1-ci Divizionunun 10-cu turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçının 26-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Fərrux Rəhimov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub (maddə 42.1).
• Əvəzedici heyətlərin 13-cü turunun “Neftçi” –  “Bakı” oyununun 39-cu dəqiqəsində “Bakı”nın futbolçusu Vüqar Mustafayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub (maddə 42.1).
• Azərbaycan 1-ci Divizionunun 8-ci turunun “Ağsu” – “Mil-Muğan” matçının 71-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Elşən Hacıyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub (maddə 42.1).
• Əvəzedici heyətlərin 11-ci turunun “Simurq” – “Neftçi” oyunun 83-cü dəqiqəsində “Simurq”un futbolçusu Kənan Müslümov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub (maddə 42.1).
 
Görək AFFA Elnuru nəyə layiq biləcək? Yoxsa harınlamış, hər gün bir hoqqa çıxaran bu futbolçu yenə cəzadan yayınacaq? Axı, “Qəbələ”nin baş məşqçisi Yuri Syominin son açıqlamalarından görünür ki, o, Allahverdiyevin hərəkətlərinə haqq qazandırır.
 
Elə klubların qeyri-peşəkarlığının nəticəsidi ki, 1-ci Divizionda biabırçılıqdı. Görəsən, klub rəhbərləri hara baxır, onlar komandalarındakı intizamsızlıqdan məmnundularmı?
 
CAVAD

Arxiv

Dünya futbolu2021-05-12 00:20

“Mançester Yunayted” uduzdu, “Mançester Siti” çempion oldu

Dünya futbolu2021-05-11 23:44

“Beşiktaş”la “Fənərbaxça” uduzdu, “Qalatasaray” qalib gəldi

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm