Connect with us

Premyer-liqa

Amerika dağları, yaxud Azərbaycan klublarının 5 ən uğursuz seçimi

Toşakın da istefası ilə “Azərbaycan futbolunun səhv se&cce…

-də paylaşıldı

Toşakın da istefası ilə “Azərbaycan futbolunun səhv seçimləri kitabı”na növbəti sima daxil oldu. Uelsli mütəxəssis nə birincidi, nə axırıncı. Amma o, bu kitabda önəmli yer tutur və bizi son illərdə ölkə klublarının ən uğursuz seçimlərindən ibarət hit-parad yaratmağa məcbur edir.
 
5-ci yer. “Standard”ın Sumqayıta köçməsi
 
Bugünlərdə Valdas İvanauskasın Rusiya mətbuatına müsahibəsini oxuyanda yadıma “Standard” adlı bir klub düşdü. Bu klub Azərbaycan futbolunda o qədər yad ünsür təsiri bağışlayırdı ki, cəmi 3 il əvvəl Premyer Liqada çıxış etməsinə baxmayaraq, ölkə futbol təsərrüfatını az qala əzbərdən bilən birinin yaddaşı belə inadla bu cür komandanın mövcudluğunu qəbul etmək istəmirdi.
O zamanlar deyərdilər ki, Azərbaycanda ən az, amma ən cazibədar azarkeş kütləsi məhz “Standard”dadı; komandaya xeyli sayda legioner futbolçuların və kifayət qədər gənc olan rusdilli rəhbərlərin həyat yoldaşları, nişanlıları və rəfiqələrindən başqa heç kəs tərəf durmurdu. O cümlədən bu səbəbdən, amma ən əsası, AFFA prezidentinin “Bakı klublarını bölgələrə aparaq” kimi ehtiyatlı açıqlama-göstərişi nəticəsində rəhbərlik klubu Sumqayıta köçürmək qərarı verdi. Məqsəd azarkeş cəlb etmək və klubun sosial bazasını formalaşdırmaq idi. Üstəlik, o günlərdə Sumqayıtda peşəkar komandanın olmaması da bu prosesi sürətləndirirdi. Həm də “şəhər uşaqları” üçün Sumqayıtdan yaxşı variant hara ola bilərdi ki? Amma…
 
Amma yumşaq desək, gözlənilənlər reallaşmadı. Sumqayıt “Standard”ı qəbul etmədi, “Standard” da Azərbaycan futbolunu… Elə həmin 2009/10 mövsümündəcə 1-ci diviziona yuvarlanan klubun “vaxtsız vəfatında” şəhər dəyişikliyinin birbaşa heç bir rolu olmasa da (klubun dağılma səbəblərini o vaxtın siyasi proseslərini az-çox yaxından izləyən hər kəs bilir), mənbələrdən “Xəzər” və “Gənclərbirliyi”ndən sonra daha bir Sumqayıt klubunun tarixə gömülməsini və aşağı liqaya düşən bir komandanın başında Böyükağa Hacıyevin olmasını heç kəs silə bilməyəcək.
 
4-cü yer. “Rəvan”a çevrilən “Muğan”
 
Və əks proses… Cəmi 3-4 sətir yuxarıda AFFA prezidentinin yarıgöstəriş-yarıtövsiyəsini və bundan doğan nəticələri müzakirə edirdik ki, bu dəfə paytaxtdan bölgəyə yox, tamamilə əks istiqamətdə cərəyan edən proseslərlə üz-üzə qaldıq. De-yure “Muğan” nə “Rəvan”a çevrilib, nə də Salyandan Bakıya köçüb. Bununla belə, de-yure Azərbaycan Respublikasının sahəsi 86,6 min kv. km-dir. Bəs de-fakto?
 
De-fakto “Rəvan”ın 2010/11 mövsümünün nəticələrinə əsasən Premyer Liqaya çıxması “Muğan”ın sonununun başlanğıcı oldu: Salyan klubu elitadan imtina etdi, onun yerinə “Simurq”u Premyer Liqada saxladılar, aşağı diviziona yollanan “Muğan”da hər kəs “Rəvan”a transfer olundu. Sözün bütün mənalarında yola verilən 2012/13 mövsümü 1-ci divizion turniri və sanki Azərbaycan futbolunun üfüqündə nə Salyan olub, nə də bu şəhəri təmsil edən komanda. Nəticədə yüksək liqada avtobusundan başqa heç nəyi olmayan klubların sayı bir vahid də artdı. Amma “Rəvan” rəhbərliyini də qınamaq olmaz. Çünki “Muğan”a salyanlılar sahib çıxmadı, Azərbaycanda kluba hansısa mənbədən yararlanmadan cibindən pul qoyan azsaylı klublardan olan paytaxt klubunun rəhbərliyi də belə addıma məcbur oldu. İndi Salyanda minbir əziyyətlə qurulan infrastruktur demək olar, boşda qalıb, rəhbərlik isə Bakıda yeni baza tikməyə məcburdu.
 
3-cü yer. Mpenza xoş gəldi, boş getdi
 
2000-ci il Avropa çempionatında Belçikanın oyununu və həmin illərdə Bundesliqanı izləyən azarkeş heç ağlına da gətirməzdi ki, cəmi bir onillik sonra “qırmızı iblislər”in super ulduzu Emil Mpenza hansısa Azərbaycan klubunun formasını geyəcək. Yaxşı xatırlayıram, Mpenzanın transferi azərbaycanlı azarkeş üçün mədəni şok olmuşdu; bəli, Emilin əvvəlki formasından uzaq olmasını hər kəs yaxşı anlayırdı, amma guya Azərbaycan çempionatı nədi ki? Burada oynamağa nə var?
 
Əgər Belçikanın sabiq ulduzu da klubun ofisində Azərbaycan və “Neftçi” bayraqlarının fonunda Sadıq Sadıqovla əl sıxıb fotoqraflara poza verəndə ağlından bu cür fikirlər keçirirdisə, səhvə yol verdiyini anlaması üçün çox zamana ehtiyac olmadı. Mpenzanın debütünü, ilk qolunu nə vaxt və necə vuracağını səbrsizliklə gözləyirdim. Taleyin ironiyasından Emil ilk topunu mənim AZAL-a gəldiyim ilk gündə (1 oktyabr 2010-cu il) elə AZAL-ın qapısından keçirdi: 8-ci turda, 3-cü dəqiqədəcə, topu qüvvətli zərbə və ustalıqla qapı tirinin altına göndərdi. Onun ustalığına heç zaman şübhə yox idi. Amma biri var ustalıq, biri də var 1 milyon maaş verdiyin futbolçunun 10 kq artıq çəki ilə gəzməsi və bunu atmaq üçün dəridən-qabıqdan çıxmaması. 31 oyunda 6 qola görə kiməsə 1 milyon verməyə ehtiyac yoxdu. Artıq çəki ilə isə Vidadi Rzayev Mpenzadan da yaxşı oynayırdı, ancaq heç kəs ona 1 milyon vermirdi.
 
2-ci yer. Qısaca: Gede
 
“Neftçi”nin tarixdə buraxdığı səhvlərin sayı ən azı yaşı qədərdi. Onlar o qədər rəngarəng və çoxçalarlıdı ki, seçim etmək, ən kobudunu, ən anlaşılmazını və ən biabırçısını tapmaq müşkül məsələdi. Amma cəmi bir ad kifayətdi ki, müvafiq hit-paradın bu pilləsi zəbt olunsun: Hans-Yurgen Gede.
 
Məşqçi sənəti mürəkkəbdi. Bir klubda gecə-gündüz gəncliyini və sağlamlığını xərcləyib sistem quran, ona uğurlar qazandıran, illərlə başına and içilən mütəxəssis cəmi bir məğlubiyyətlə kütlənin düşməninə, nifrət obyektinə çevrilə bilər. Hər zaman məşqçiləri müdafiə etməyə, onların uğursuz fəaliyyətinə fərqli müstəvidən baxmağa, yumşaldıcı amillər tapmağa çalışmışam. Lakin Gede kimi birisinə və ona inananlara nə bəraət qazandırasan? Orta statistik Azərbaycan futbolçusu aşağı intellekt və qeyri-sabit şəxsiyyətə malik birisidi, bunu bilirik, amma Rəşad Sadıqov, Rəşad Sadiqov, Elnur Allahverdiyev (bunlar hələ yaddaşıma güc vermədən xatırladıqlarımdır) kimi əsas və ən vacibi, yerli futbolçuları komandadan uzaqlaşdırıb əvəzinə Con Tamburas və Co Hendrik kimiləri gətirənin səhvlərin ört-basdıq etmək üçün hansı yumşaldıcı amilləri tapıb çıxarasan? Buna görə “Neftçi” azarkeşi adamı diri-diri doğrayar. Mən isə uzun və sakit ömür yaşamaq istəyirəm.
 
Çox çalışdım ki, bu yazıda Azərbaycan yığmasının baş məşqçisinin ad-soyadına yer verməyim, amma tələbat var: indi İranın “Alüminium” adlı komandasında baş məşqçi köməkçisi (!) kimi çalışan gədəni Gedeni “Neftçi”yə Foqts calamışdı…
 
1-ci yer. “Xəzər Lənkəran” və onun seçimləri
 
Allahsız yerdə otur, amma “Neftçi” olan yerdə “Xəzər Lənkəran”sız oturma…
Azərbaycan futbolunda bu qədər simpatiya qazanan, ətrafında müsbət aura yaradan, heç kəsin biganə qalmadığı bir klub var – “Xəzər Lənkəran”. Qurucusu və sponsorunun xarizmasımıdı bu qədər çirkli-çirkin işlərin fonunda bu müsbət auranın qoruyub-saxlayan, ya nədi, anlaya bilmirəm. Anladığım cəmi bir şey var: bu ölkədə 0-dan yaranıb “Neftçi”yə bütün mənalarda əlcək atacaq cəmi bir klub olub və olacaq. Yalnız o təəssüfləndirir ki, bu əlcəyi əldə saxlayanlar ya saxtakarlardı, ya da diletantlar.
“Xəzər Lənkəran”ın tarixi və tarix boyunca məşqçi seçimi ingiliscədə “Roller coaster” deyilən, nə qədər qəribə səslənsə də, amerikalıların “Rus dağları”, rusların isə “Amerika dağları” adlandırdığı karuselə bənzəyir. Yuxarı-aşağı, yuxarı-aşağı…. Kim gəlir, gəlsin – Pasulkodan Hüseynova qədər – uğur qazandıran yeganə insan Ağasəlim Mircavadovdur. Nə yolla, necə, neçəyə – bilmirik: şam tutmamışıq.
 
Amma həqiqətənmi mədəni Nazim Süleymanov, tələbkar Viktor Pasulko, az-çox təcrübəli Rasim Kara, ambisiyalı İqor Ponomaryov, enerjili Cüneyt Biçər, hiyləgər Yunis Hüseynov, barselonalı Karlos Bakes və nəhəng Con Toşak bu qədər bacarıqsız oldular? Yəni ucdantutma hamısımı futbolçuları ələ ala bilmədilər, səhv transferlər etdilər, azarkeşlə yola getmədilər, komandaya düzgün taktika qoymadılar? Və yalnız Mircavadovla Rednikdimi dünyanın xilaskarı? Yoxsa…
 
Bəlkə əsas məsələ uyğunlaşmada, yola vermədə, dil tapmada, damar tutmadadı? Bəlkə əsl problem məşqçi seçimində yox, onları seçənləri düzgün seçməməkdədi?
 
RÜSTƏM ƏFSƏRLİ

Arxiv

Dünya futbolu2021-05-06 10:39

“Çelsi” – “Real” matçının ən yaxşı futbolçusu

Dünya futbolu2021-05-06 10:23

Türk futbolçu “Lill”də ayın ən yaxşısı seçildi

Dünya futbolu2021-05-06 10:10

Avroliqada finalçılar bəlli olur – YENİLƏNİR

Dünya futbolu2021-05-06 10:02

“Qalatasaray”da prezident seçkisi ləğv edildi

Dünya futbolu2021-05-06 09:45

Paşayevin komandası doğma meydanda xalsız qaldı

Dünya futbolu2021-05-06 09:26

Lion “Olimpik”i yetirməsi ilə müqavilə yenilədi

Dünya futbolu2021-05-06 09:00

Nəbiyevli “Viktoriya”dan əzmkar qələbə

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-06 00:53

ÇL-in finalında İngiltərə derbisi

Dünya futbolu2021-05-05 19:36

“Liverpul” azarkeşləri üçün “yaşıl işıq”

Ölkə futbolu2021-05-05 18:45

AFFA rəsmisi ÇL-in final oyununda

Ölkə kuboku2021-05-05 18:18

AFFA Operativ Qərargaha müraciət etdi: Finala azarkeş buraxılması üçün

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

I Divizion2021-05-05 17:15

Oyundan sonra dava düşdü, futbolçu 4 oyunluq cəza aldı

Premyer-liqa2021-05-05 17:01

“Sabah”ın məşqçisi 5 oyunluq cəzalandı

Ölkə kuboku2021-05-05 16:51

AFFA-dan “Zirə” – “Keşlə” matçı ilə bağlı sərt cəzalar

Premyer-liqa2021-05-05 16:42

“Sumqayıt”ın futbolçusu 4 oyunluq cəzalandı

Digər2021-05-05 16:36

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-05-05 16:10

AFFA daha iki turniri bərpa edir

AÇ-20202021-05-05 15:38

AÇ-nin Kopenhagendəki oyunlarına buraxılacaq azarkeş sayı bəlli oldu

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Premyer-liqa2021-04-26 01:27

“Zirə” ilə “Sumqayıt”dan heç-heçə – VİDEO

Premyer-liqa2021-04-25 23:47

“Sabah” – “Neftçi” oyununda 4 qol – VİDEO

Premyer-liqa2021-04-25 22:15

“Qarabağ” Qəbələdə beş qola sevindi – VİDEO

Ölkə kuboku2021-04-21 23:41

“Sumqayıt”la “Qarabağ” ilk oyundan qolsuz ayrıldı – VİDEO

Ölkə kuboku2021-04-21 21:49

“Zirə” “Keşlə”ni səfərdə məğlub etdi – VİDEO

Ölkə futbolu2021-04-21 20:57

“Neftçi TV”də “Bir sevgi” – VİDEO

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Gündəm