Ölkə futbolu
Pele: Braziliyanı çətin qrupa salan adam olmaq istəmirəm
Dünya futbolunun canlı əfsanəvi Pele 2014-cü ildə ke&cce…

Dünya futbolunun canlı əfsanəvi Pele 2014-cü ildə keçiriləcək dünya çempionatının püşkatmasında iştirakdan imtina edib. Futbolinfo.az xəbər verir ki, o, qərarını belə açıqlayıb:
"Ölkə prezidenti mənə püşkatmaya qatılmağımı təklif etdi. Əvvəllər bunu etmişdim. Ancaq bu dəfə imtina etməyə məcbur oldum. Braziliyanı çətin qrupa salan adam olmaq istəmirəm. Ancaq mən mərasimdə iştirak edəcəm".
Pele gələn ilin yayında baş tutacaq mundiala hazırlıq haqda da danışıb: “Uğurlu bir çempionat olacağından əminəm. Konfederasiyalar Kuboku zamanı bəzi problemlərimiz olmuşdu. Ancaq mən qarşıdakı mundialda fantastik şou olacağına inanıram. Dünya çempionatına qədər ölkədə bütün stadionlar hazır vəziyyətə gətiriləcək. Hələ çempionatın başlamasına 8 ay var. Düşünürəm ki, biz stadionları unutmalı və bütün diqqətimizi futbola yönəltməliyik".
Xatırladaq ki, püşkatma sabah saat 20.00-da keçiriləcək.
- Ölkə kuboku1 dəqiqə əvvəl
“Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR
- AÇ-202021 saat əvvəl
Türkiyə millisinin Bakı proqramı açıqlandı – AÇ-2020
- Milli komanda6 saat əvvəl
“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”
- Dünya futbolu9 saat əvvəl
Anyelli “Yuventus”dan ayrılmağa qərar verdi