Ölkə futbolu
DÇ-2014-ün startı gecikə bilər
2014-cü ildə baş tutacaq dünya çempionatına ev sah…

2014-cü ildə baş tutacaq dünya çempionatına ev sahibliyi edəcək Braziliya böyük turnir üçün hazırlıqlarını davam etdirir. Ancaq görünən odu ki, Braziliya hazırlıq işlərini FİFA tərəfindən qoyulan vaxta – 31 dekabr tarixinə qədər başa vura bilməyəcək. Bu isə turnirin başlama vaxtının irəli çəkilməsinə səbəb ola bilər.
Futbolinfo.az xəbər verir ki, ölkənin idman naziri Aldo Rebolo 6 stadionun inşasının hələ də davam etdirildiyini və bunun göstərilən tarixə qədər tamamlana bilməyəcəyini etiraf edib.
O, turnirə həddindən artıq pul xərcləndiyindən xalqın etiraz etdiyini və bunun çalışmalara da mənfi mənada təsir göstərdiyini deyib. Ancaq bütün bunlara baxmayaraq, nazir bildirib ki, dünya çempionatı başlanana qədər bütün hazırlıqlar tamamlanacaq.
- Premyer-liqa17 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- I Divizion24 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər22 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi
- Milli komanda2 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”