“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev uzun müddətə sıradan çıxıb. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, “Sumqayıt”la son turda baş tutan görüşdə zədələnərək oyunu yarımçıq tərk edən 21 yaşlı milli oyunçunun sağ dizində iç yan bağlarında 2-ci dərəcəli dartılma qeydə alınıb.
 
Bu tipli zədənin bərpa prosesi adətən 3-4 həftə davam etdiyini nəzərə alsaq, Qaranın təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağını ehtimal etmək olar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp