21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunun stadionu və qarşılaşmanın başlanma vaxtı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, yığmamız noyabrın 15-də, Bakı vaxtı ilə saat 20:00-da, Skopye şəhərindəki “National Arena Filip II Macedonian” stadionunda Makedoniya komandası ilə qarşılaşacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp