Ölkə çempionatının 10-cu turunda keçirilən “Bakı” – AZAL oyununda meydan sahiblərinin baş məşqçisi Milinko Pantiç qapını gənc qolkiper Elxan Əhmədova əmanət etmişdi. Futbolinfo.az xəbər verir ki, 1993-cü il təvəllüdlü futbolçunun çıxış etdiyi oyunda 2:0 hesabı ilə üstün olduqları halda komanda 2 qol buraxaraq meydandan bərabərliklə (2:2) ayrıldı. Gənc qolkiperin ilk qoldakı səhvi isə diqqət çəkdi.
 
Bəs görəsən, paytaxt klubunda Kamran Ağayev, Edin Nuredinoski, Aqil Məmmədov kimi qapıçılar olduğu halda, Pantiçin əvəzedici heyətdə çıxış edən 20 yaşlı futbolçuya debüt şansı yaratması hansı zərurətdən doğmuşdu? Futbolinfo.az bunun səbəbini əyrənvər üçün klub rəsmiləri ilə danışmağa cəhd etdi. Amma nə məşqçilər, nə də rəhbərlikdən kimsə bunda maraqlı olmadı.
 
Belə vəziyyətdə yalnız klubun mətbuat xidmətinin rəhbəri sinəsini irəli verdi. Bəlli oldu ki, Kamran Ağayev millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı oyununda zədələndiyindən bu oyunu kənardan izləməsi normaldı. Təcrübəli qolkiper tezliklə Türkiyəyə əməliyyata yollanmalıdı.
 
Belədə Pantiçin bu oyunda digər qapıçılar – Aqil Məmmədov və ya Edin Nuredinnoskiyə niyə şans verməməsi sual doğurur. Axı, belə vacib matçda debütanta deyil, daha təcrübəli birisinə etimad göstərmək daha məntiqli olardı. Sən demə, serb çalışdırıcının planı başqa imiş. Yaş limitinə görə qapını Elxana həvalə edən Pantiç digər xəttlərdə daha təcrübəli futbolçulara və əcnəbilərə güvənmək istəyirmiş. Aqilin oyundan 3 gün öncə zədələnməsi və cəmi 1 məşqə çıxması da seçimdə rol oynayıb.
 
Nureddinoskiyə gəlincə, nəinki Pantiç, deyəsən, ümumiyyətlə, “Bakı” çoxdan onu hesabdan silib. O, hazırda 4-cü qapıçı hesab olunur ki, bu da qış fasiləsində komandadan göndəriləcəyinə işarədi.
 
RÖYA KƏRİMLİ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp