“Roma”da kapitan Tottinin zədələnməsindən sonra daha bir analoji xəbər klubda əhvalları korlayıb. Futbolinfo.az xəbər verir ki, Jervinyo növbəti oyunlarda komandasına kömək edə bilməyəcək.
 
Buna səbəb afrikalı hücumçunun dizindən zədələnməsidi. Son turda “Napoli” ilə oyunda xəsarət alan 26 yaşlı forvard iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, Jervinyo bu yay 8 milyon avro qarşılığında “Arsenal”dan “Roma”ya transfer olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp