Məlum olduğu kimi, bu gün Naxçıvanda futbol üzrə Azərbaycan Super Kuboku uğrunda oyun keçirilir. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı izləməyə gələnlər arasında bir sıra futbol başbilənlərimiz də var.
 
Belə ki, AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də Naxçıvana gedib. Bundan başqa “Neftçi” və “Xəzər Lənkəran” klublarının prezidentləri – Sadıq Sadıqovla Mais Mənsimov, vitse-prezidentlər Tahir Süleymanovla Tuyqun Nadirov da oyunu İbrahimxəlil Axundlu adına stadiondan canlı izləyəcəklər. Onların arasında vaxtilə “Neftçi”də çalışmış Güloğlan Cabbarova da rast gəlmək mümkündü.
“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov isə bu oyunda olmayacaq. Əldə etdiyimiz məlumata görə, o, sadəcə telefonla zəng edərək baş məşqçi Con Toşaka və komandaya uğurlar arzulayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp