Ötən günlərdə "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyusson vaxtilə komandanın üzvü olmuş Roy Kin haqqında tənqidi fikirlər səsləndirmişdi. Futbolinfo.az xəbər verir ki, sabiq kapitanın şotland mütəxəssisə olan cavabı da gecikməyib.
 
İrlandiyalı Ferqyussonun hörmətə layiq olmadığını açıqlayıb: "Onunla hörmət haqda danışmışdım. Ancaq düşünürəm ki, o hörmətin nə olduğunu bilmir. Belə olmasaydı, öz sabiq futbolçusunu tənqid etməzdi. Bilmirəm "Ser" indiyə kimi neçə kitab yazıb, ancaq hələlik onların üzərindən xətt çəkməlidi. Ferqyussonun tənqid etdiyi futbolçuların hamısı döyüşkən oyunçular olub. Məhz onlar Aleksə titullar qazanmağa kömək ediblər. Maraqlıdı, əgər o bu titulları qazanmasaydı, nə deyərdi? Çox təəssüf ki, bu, müasir həyatın bir hissəsidi. İnsanlar sabiq futbolçuların tənqidi haqda yazılan kitabları çox xoşlayırlar".
 
Qeyd edək ki, Kin 1993-2005-ci illərdə “M.Y.”nin şərəfini qoruyub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp