Bu dəqiqələrdə Naxçıvanda keçirilən Azərbaycan Super Kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunda maraqlı epizod yaşanıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın 16-cı dəqiqəsində cənubluların gənc forvardı Ağabala Ramazanov bakılıların müdafiəçisi Denis Silva ilə mübarizə zamanı cərimə meydançasında yıxıldı.
 
Bunu görən qarşılaşmanın baş hakimi Rəhim Həsənov dərhal penalti nöqtəsini göstərdi. Amma “Neftçi” futbolçularının etirazından və qapı xəttində duran əlavə hakim funksiyasını yerinə yetirən Əliyar Ağayevin məsləhətindən sonra o, penalti qərarını ləğv etdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp