İtaliyanın “Fiorentina” klubunun rəhbərliyi 31 yaşlı müdafiəçisi Manuel Paskualla müqavilə yeniləyib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Belə ki, İtaliya təmsilçisi kapitanı ilə 2014-cü ilə qədər olan müqavilənin müddətini daha bir il uzadıb. Anlaşmaya əsasən klub Paskualın çıxışından razı qalsa, onunla yenidən bir illik müqavilə imzalamaq hüququna malikdi..
 
Xatırladaq ki, Manuel 2005-ci ildən “Fiorentina”da çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp