Topaz Premyer Liqasının ilk turu çərçivəsində keçirilmiş “Simurq”la oyunda zədələnən “Rəvan”ın yarımmüdafiəçisi Tofiq Mikayılovun yaşıl meydanlara qayıtmaq həsrəti hələ də davam edir. Futbolinfo.az xəbər verir ki, ağır zədədən sonra uzun müddətdi komandadan ayrı qalan futbolçu zədəsini sağaltmaqla məşğuldu.
Mikayılovun sözlərinə görə, müalicəsini evində davam etdirir. Həkimlərin rəyinə görə, təxminən 15-20 gündən sonra o, yüngül qaçışla məşqlərə başlayacaq.
 
“Rəvan”lı futbolçunun yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı isə hələlik bilinmir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp