Türkiyə Futbol Federasiyası (TFF) yarımçıq dayandırılan “Beşiktaş” – “Qalatasaray” qarşılaşması ilə bağlı qərarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bir müddət aparılan araşdırmalardan sonra TFF bu oyunda “Qalatasaray”a texniki qələbə (3:0) verib.
 
Belə ki, Super Liqa çərçivəsində sentyabrın 22-də keçirilən oyun 1:2 hesabı ilə “Cim-Bom”un xeyrinə başa çatmaq üzrəykən “Beşiktaş”ın azarkeşləri meydana daxil olmuş və böyük iğtişaş törətmişdi. Matçın baş hakimi isə oyunu 90+3-cü dəqiqədə tətil etmişdi.
 
Qeyd edək ki, oyunla bağlı olaraq “Beşiktaş”a 70 min lirə və 4 oyunluq boş tribunalar önündə oynamaq cəzası verilmiş, eyni zamanda baş məşqçi Slaven Biliç 2 oyunluq diskvilifikasiya olunmuşdu.
 
Ferasiyanın bu qərarından sonra “Qalatasaray” 13 xalla turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib. “Beşiktaş” isə 16 xalla ikinci pillədədi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp