Premyer Liqanın 10-cu turu çərçivəsində “Qəbələ” ilə keçirilən oyundan sonra “İnter”in futbolçuları bərpa məşqi keçiblər. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, dünən “bankirlər” AZAL ilə oyunun hazırlıqlarına başlayıb.
 
Paytaxt təmsilçisi “Şəfa” stadionunda iki dəfə məşq edib. Bu gün isə daha bir məşqin keçirilməsi planlaşdırılır.
 
Qeyd edək ki, 11-ci turun AZAL – “İnter” matçı oktyabrın 26-da baş tutacaq. Oyun saat 17:00-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp