“Rəvan”ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş “Bakı” ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Milinko Pantiçin fikirləriylə razıyam. Həqiqətən də komandamın fiziki göstəriciləri çox aşağıdı. Bu üzdən də bizim üçün çətin oyun oldu. Ehtiyat qüvvənin olmaması səbəbindən oyunçuları dəyişə bilmədim. Çempionat davam edə-edə komandanın fiziki və ya taktiki göstəricilərini yaxşılaşdırmaq imkanı olmur. Belə bir vaxtda buna nail olmaq çox çətindi. Mişel Balokoqu pis oynamamasına görə niyə əvəzləmədim? Dediyim kimi, ehtiyat qüvvə yoxdu. Əgər əlimdə onun mövqeyinə uyğun daha yaxşı oyunçumuz olsaydı, onda bu futbolçunu dəyişərdim. İstənilən halda ruhdan düşmürük. Çalışacam ki, komandanın növbəti həftələr üçün fiziki göstəricisini yaxşılaşdırım və daha yaxşı oyun göstərək”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp