Fransanın peşəkar futbol çempionatları sayılan Liqa-1 və Liqa-2-də oyunlar dayandırılacaq. Futbolinfo.az xəbər verir ki, ölkənin Peşəkar Futbol Klublar Birliyi (UCPF) bu barədə məlumat yayıb.
 
Belə ki, Fransa 1-ci və 2-ci Liqasında çıxış edən klublar dövlətin sərt vergilərinə etiraz olaraq bu addımı atacaq. UCPF-dən verilən açıqlamaya görə, cari mövsümdə 29 noyabrdan 2 dekabradək nəzərdə tutulmuş qarşılaşmalar keçirilməyəcək.
 
Qeyd edək ki, “super vergi” deyə xarakterizə olunan yeni qanuna görə, il ərzindən 1 milyon avrodan artıq qazanc əldə edən hüquqi və fiziki şəxslər gəlirinin 75 faizini vergi olaraq ödəməlidi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp