İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi sabiq baş məşqçisi Aleks Ferqyussonun yazdığı kitabda özü haqdakı fikirlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, ingiltərəli “Ser”in "Runi son mövsümdə əvvəlki gücünü itirdi və yetəri qədər möhkəm deyil" sözlərinə belə cavab verib:
 
"Son zamanlar göstərdiyim oyunla Ferqyussonun fikrini dəyişdirdiyini düşünürəm. O, geriyə getdi və yazdığı kitabında bəzi dəyişikliklər etdi. Karyerasını başa vurduqdan sonra onu heç görməmişəm. Ancaq bunlar artıq keçmişdə qaldı. Mən gələcəyə baxıram. Yeni baş məşqçi ilə özümü yenidən doğulmuş kimi hiss edirəm".
 
Qeyd edək ki, 2004-cü ildən "Mançester Yunayted"də çıxış edən Runi keçirdiyi 412 oyunda 202 qola imza atıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp