"Barselona"nın sabiq futbolçusu Luiş Fiqu keçmiş komandası haqda maraqlı fikirlər səsləndirib.
Futbolinfo.az xəbər verir ki, Fiqo "Barselona"da çıxış etdiyi dönəmdə ona dəyər verilmədiyini bildirib:
 
"Barselona"da oynayarkən klub üçün etdiklərimin qarşılığını görmürdüm. Hərçənd mən karyeramı orada başa vurmağı planlaşdırırdım. Ancaq hər işdə belədi. Etdiklərinizin qarşılığını almadıqda və yeni fürsətiniz olduqda bunu maksimum dəyərləndirməyə çalışırsınız. Məndə də elə oldu. "Barselona"da qədrimi bilmədilər".
 
Xatırladaq ki, 2000-ci ildə 62 milyon avro müqabilində "Barselona"dan "Real"a transfer olunan Fiqu katalon azarkeşlərin ən nifrət etdikləri futbolçulardan biridi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp