İspaniyanın “Barselona” klubunun futbolçusu Sesk Fabreqas keçmiş komandasına – İngiltərə "Arsenal"ına dönmək istədiyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında deyib:
 
"Arsenal" hər zaman qəlbimdədi. Bir gün yenidən ora dönmək istəyərəm. Ancaq bunun mümkün olub-olmayacağını bilmirəm. Bəlkə də nə vaxtsa orda məşqçi kimi çalışaram. Bundan çox məmnun olaram".
 
Xatırladaq ki, Fabreqas 2003-2011-ci illərdə London klubunun formasını geyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp