Bu gün Topaz Premyer Liqasında 11-ci tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
 
“Simurq” Bakıda “Neftçi” ilə üz-üzə gəlib. Paytaxt klubu qalib gələcəyi halda yenidən turnir cədvəlində ilk pilləyə yüksələ bilərdi. Lakin "ağ-qaralar" Zaqatala klubunun müqavimətini qıra bilməyib və görüş qolsuz heç-heçə ilə bitib.
Liderlik uğrunda mübarizə aparan digər komanda – “Qarabağ” isə turun mərkəzi oyununda “Xəzər Lənkəran”ın qonağı olub. Qarşılaşma Ağdam klubunun inamlı qələbəsiylə bitib.
 
Topaz Premyer Liqası
11-ci tur
27 oktyabr (bazar)
 
Simurq – Neftçi – 0:0 (0:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, İnqilab Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
Bakı. “Şəfa” stadionu.
 
SİMURQ: 1. Pavel Kapsa, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 15. Stepan Polyak, 18. Tural Axundov, 19. Orxan Səfiyaroğlu, 22. Salif Ballo, 28. Nenad Kiso, 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 30. Raul Kostin, 62. Cavad Kazımov, 66. Ruslan Getman.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 14. Bahodır Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 11. Melvin Platye, 13. Vasif Əliyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
 
Xəzər Lənkəran – Qarabağ – 0:3 (0:1)
Qollar: Reynaldo, 22 (0:1), Reynaldo, 65 (0:2), N.Gelaşvili, 73 (0:3).
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Diniyev.
Lənkəran şəhər stadionu.
 
XƏZƏR LƏNKƏRAN: 33. Duqlas Leyte, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 8. Edu Oriol, 12. Junior Nildo, 9. Uğur Pamuk, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 22. Deyvid Sakkoni, 97. Elnur Cəfərov.
QARABAĞ: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 9. Reynaldo Silva, 11. Ulrix Kapolonqo, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 13. İbrahim Sehiç, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 15. Toğrul Bilallı, 18. İlqar Qurbanov, 41. Corc Leroy, 99. Nikolas Gelaşvili.
 
Turun digər oyunlarında qeydə alınan nəticələr: Qəbələ – Sumqayıt – 2:0, Rəvan – Bakı – 0:0, AZAL – İnter – 0:2.
 
1 Qarabağ 11 7 3 1 20 4 +16 24
2 Neftçi 11 6 4 1 14 7 +7 22
3 Qəbələ 11 7 1 3 17 9 +8 22
4 AZAL 11 4 3 4 11 15 –4 15
5 Bakı 11 4 3 4 18 12 +6 15
6 Simurq 11 3 5 3 9 9 0 14
7 İnter 11 4 1 6 18 16 +2 13
8 XL 11 3 4 4 9 13 –4 13
9 Rəvan 11 1 4 6 5 21 –16 7
10 Sumqayıt 11 1 2 8 5 20 –15 5
Bombardirlər:
5 – Mindauqas Kalonas (Bakı)
4 – Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran), Əfran İsmayılov (Bakı), Bahodir Nəsimov (Neftçi).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp