“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş “Neftçi” ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Oyun maraqlı alındı. Komandam sona kimi mübarizə apardı. Oyunun sonlarına yaxın “Neftçi” qapımıza ciddi hücumlar təşkil etdi. Lakin, buna baxmayaraq, müdafiədə inamlı oynadıq. Çətin oyun oldu. Heç-heçəni yaxşı nəticə hesab edirəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp