“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş “Simurq”la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Komandamın oyunundan razı qalsam da, hesab məni qane etmədi. Belə hallar futbolda olur. Yetirmələrimə oyuna görə, mübarizə əzminə görə təşəkkür edirəm. Çoxlu qol imkanları yaratdıq, lakin istifadə edə bilmədik. Bu cür qol imkanlarına ciddi yanaşmaq lazımdı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp