“Biz ilk hissədə bir neçə qol imkanından istifadə edə bilmədik. İkinci yarıda isə ümumiyyətlə yüz faizlik epizodları sağa-sola xərclədik. Mənim özümün nə qədər qol imkanım oldu. Amma yararlana bilmədim".
 
Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Neftçi"nin şərəfini qoruyan Cavid İmamverdiyev deyib. Yarımmüdafiəçi azarkeşlərin onun ünvanına xoşagəlməz şüarlar səsləndirməsinə də münasibət bildirib:
 
“Birinci dəfədi ki, azarkeşlərdən belə sözlər eşidirəm. Başa düşmürəm ki, mən nə etmişəm. Onların belə etməyi mənim oyunuma da təsir edir. Amma azarkeşlərimizə hörmət edirəm. Mən futbolçuyam, onlar azarkeşdilər, nə istəyirlər deyə bilərlər”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp