Topaz Premyer Liqasında 11-ci tura yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, hesabat turu Nazim Süleymanovun “Neftçi”dəki uğursuz debütü, eləcə də “Xəzər Lənkəran”ı səfərdə darmadağın edən “Qarabağ”ın vahid liderliyi ələ keçirməsi ilə yadda qaldı.
 
Turun ilk görüşü Qəbələdə baş tutdu. Bölgənin eyni adlı komandası doğma azarkeşlər önündə "Sumqayıt"ı qəbul etdi. Mövsüm başlayandan yalnız bir dəfə qələbə qazanan "Gənclik şəhəri" təmsilçisi yenə də evə xalsız qayıtmalı oldu. Daniel Subotiç və Dodonun vurduğu qollar Yuri Syominin komandasına qələbə qazandırdı. Aqil Məmmədovun yetirmələri sonuncu xalını 7-ci turda "Neftçi" ilə səfər oyununda qazanmışdı.
 
Növbəti oyun "Bayıl Arena"da baş tutdu. "Rəvan" doğma meydanda "Bakı"nı sınağa çəkdi. Debütü korlanan Şahin Diniyev bu dəfəki sınaqdan üzüağ çıxmağı bacardı. “Zolaqlılar”la oyundan bir xalla ayrılan “aslanlar” qolsuz heç-heçə sayəsində xalını 7-yə yüksəltdi. Milinko Pantiçin yetirmələri isə səfərdə çətin müqavimətlə üzləşdi. Hər oyundan sonra hakimlərdən narazı qalan Pantiçin komandası ardıcıl 3-cü turdu qələbəyə həsrət qalıb.
 
İkinci oyun günündə yalnız bir qarşılaşma baş tutdu. Paytaxt derbisində AZAL "İnter"lə münasibətinə aydınlıq gətirdi. Sabit çıxış etməyən "bankirlər"in qələbə üçün meydana çıxması ilk dəqiqələrdən hiss olunurdu. Nəhayət, 90 dəqiqənin sonunda sevinən məhz "İnter" oldu. AZAL isə 6-cı turdan bu yana qələbəyə həsrətdi.
 
Doğma meydanından uzaq qalan "Simurq" "Şəfa" stadionunda nominal ev sahibi statusunda “Neftçi” ilə qarşılaşdı. Georgi Çixradzenin yetirmələri son ölkə çempionu ilə görüşdə bir xalla kifayətlənməli oldular. Nazim Süleymanov "ağ-qaralar"ın başında ilk oyununa çıxsa da, qələbə qazana bilmədi.
 
Turun son oyunu isə Lənkəranda baş tutdu. "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Qarabağ"la qarşılaşdı. Super Kubok sevincindən sonra geridönüş etmək istəyən Con Toşakın komandası uğursuzluğa düçar oldu. Ağdam təmsilçisi "Fırtınalar meydanı"nda qələbə qazanaraq çempionatın vahid liderinə çevrildi. Ardıcıl üçüncü 3 qollu qələbəni "köhlən atlar"a bu dəfə Reynaldo Silvanın dublu və Gelaşvilinin tək qolu qazandırdı.
 
Topaz Premyer Liqası
11-ci tur
 
QƏBƏLƏ – SUMQAYIT – 2:0
Qollar:  Daniel Subotiç, 24, Dodo, 63.
Sarı vərəqələr:  İbrahima Niasse, 25 (qeyri-idman hərəkəti); Nikola Valentiç, 36 (qeyri-idman hərəkəti) – Bəxtiyar Həsənalızadə, 9 (qeyri-idman hərəkəti); Adil İbrahimov, 37 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 67 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev, Namiq Bəkirov.
AFFA nümayəndəsi:  Adil Nadirov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə –  yoxdur.; II hissədə – 2 dəq.
25 oktyabr 2013. Qəbələ şəhər stadionu. 500 tamaşaçı.
 
Qəbələ: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 6. Vladimir Levin (k), 9. Viktor Mendi (22. Assis Rodriqes, 73), 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 33. Elvin Camalov (88. Müşfiq Teymurov, 60), 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (10. Dodo, 46).
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 11. Yannik Kamanan, 21. Elmar Baxşıyev, 84. Deyan Kelhar.
Baş məşqçi: Yuri Syomin.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 7. Pərdis Fərcad-Azad (86. Elşən Abdullayev, 66), 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov (9. Orxan Əliyev, 74), 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzağa Hüseynpur (27. Nurlan Novruzov, 81), 91. Vüqar Əsgərov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Samir Abasov, 15. Nodar Məmmədov, 22. Zaur Həşimov.
Baş məşqçi: Aqil Məmmədov.
 
RƏVAN – BAKI – 0:0
Sarı vərəqələr:  İvan Pexa, 35 (qeyri-idman hərəkəti); Aqil Nəbiyev, 45 (qeyri-idman hərəkəti); Mişel Balokoq, 60 (bilərəkdən əl ilə oyun); Ramazan Abbasov, 67 (oyunun bərpasını gecikdirdiyinə görə); Lukaş Sapela, 82 (oyunun bərpasını gecikdirdiyinə görə) – Lukas Mario Horvat, 55 (qeyri-idman hərəkəti).
Hakimlər:  Fariz Yusifov, Mübariz Haşımov,Azər Əsgərov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi:  Oqtay Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə -1 dəq.; II hissədə – 4 dəq.
25 oktyabr 2013. Bakı. “Bayıl Arena”. 300 tamaşaçı.
 
Rəvan: 1. Lukaş Sapela, 38. İvan Pexa, 5. Aqil Nəbiyev, 30. Cəmşid Məhərrəmov, 21. Novruz Məmmədov (k), 40. Mişel Balokoq, 6. Ceyhun Cavadov, 27. Rəşad Abdullayev (8. Frederik Holster, 90+4), 17. Ramazan Abbasov (19. Hüseyn Axundov, 83), 23. Kristian Torres (9. Elnur Abdulov, 90), 14. Xuan Manuel Varea.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 24. Yamin Ağakərimzadə, 11. Kamil Nurəhmədov, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev.
Bakı: 25. Elxan Əhmədov, 4. Pedro Mario Alvares, 17. Risto Ristoviç, 3. Yure Travner, 12. Etto, 6. Vadim Abdullayev, 23. Lukas Mario Horvat (19. Marius Pena, 79), 7. Əfran İsmayılov (10. Aleksandar Soliç, 68), 20. Mindauqas Kalonas, 21. Elvin Məmmədov (8. Cavid Hüseynov, 73), 11. Rauf Əliyev (k).
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 30. Vüqar Bəybalayev, 2. Deyvidas Çesnauski, 15. Alberto Noquera.
Baş məşqçi: Milinko Pantiç.
 
AZAL – İNTER – 0:2
Qollar: Baçana Sxadadze, 68, Asif Məmmədov, 83.
Sarı vərəqələr: Aleksandr Şemonayev, 49 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 65 (qeyri-idman hərəkəti) – Derlis Meza Kolli, 53 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 3 dəq.
26 oktyabr 2013. Bakı. “AZAL Arena”. 200 tamaşaçı.
 
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 7. Cavid Tağıyev (30. Yuri Fomenko, 71), 8. Qərib İbrahimov (5. Murad Ağayev, 68), 10. Con Oluremi (16. Freddi Borq, 83), 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k), 18. Samuel Barlay, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 14. Habil Nurəhmədov, 21. Rey Məmmədbəyli, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 4. İvan Benites, 11. Asif Məmmədov, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov (7. Ruslan Əmircanov, 60), 28. Baçana Sxadadze (22. İlço Naumoski, 75), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev (14. İlqar Ələkbərov, 84), 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 9. Aleksandr İaşvili.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
SİMURQ – NEFTÇİ – 0:0
Sarı vərəqələr: Nicat Qurbanov, 88 (qeyri-idman hərəkəti) – Mahir Şükürov, 72, (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, İnqilab Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 4 dəq.
27 oktyabr 2013. Bakı. “Şəfa” stadionu. 450 tamaşaçı.
 
Simurq: 1. Pavel Kapsa, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 15. Stepan Polyak (30. Raul Kostin, 70), 18. Tural Axundov, 19. Orxan Səfiyaroğlu (16. Məhərrəm Hüseynov, 61), 22. Salif Ballo, 28. Nenad Kiso, 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 17. Rüstəm Məmmədov, 62. Cavad Kazımov, 66. Ruslan Getman.
Baş məşqçi: Georgi Çixradze.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 14. Bahodır Nasimov (90. Ernest Nfor, 63), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (28. Emin Mehdiyev, 69), 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 11. Melvin Platye, 13. Vasif Əliyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Nazim Süleymanov.
 
XƏZƏR LƏNKƏRAN – QARABAĞ – 0:3
Qollar: Reynaldo Silva, 22; 64, Nikolas Gelaşvili, 75.
Matçın 83-cü dəqiqəsində Etame Mbilla penaltidən yararlana bilməyib.
Sarı vərəqələr: Zohair Benuahi, 54 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 62 (qeyri-idman hərəkəti) – Bədavi Hüseynov, 63 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə –  yoxdur; II hissədə – 3 dəq.
27 oktyabr 2013. Lənkəran şəhər stadionu. 7500 tamaşaçı.
 
Xəzər Lənkəran: 33. Duqlas Leyte, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev (9. Uğur Pamuk, 90+2), 11. Zohair Benuahi (8. Edu Oriol, 61), 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov (97. Elnur Cəfərov, 79).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 12. Junior Nildo, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 22. Deyvid Sakkoni.
Baş məşqçi: Con Toşak.
Qarabağ: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 9. Reynaldo Silva (10. Muarem Muarem, 84), 11. Ulrix Kapolonqo (99. Nikolas Gelaşvili, 61), 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov (18. İlqar Qurbanov, 79), 70. Çumbinyo.
Ehtiyat oyunçular: 13. İbrahim Sehiç, 7. Namiq Yusifov, 15. Toğrul Bilallı, 41. Corc Leroy.
Baş məşqçi: Qurban Qurbanov.
 
1 Qarabağ 11 7 3 1 20 4 +16 24
2 Neftçi 11 6 4 1 14 7 +7 22
3 Qəbələ 11 7 1 3 17 9 +8 22
4 AZAL 11 4 3 4 11 15 –4 15
5 Bakı 11 4 3 4 18 12 +6 15
6 Simurq 11 3 5 3 9 9 0 14
7 İnter 11 4 1 6 18 16 +2 13
8 XL 11 3 4 4 9 13 –4 13
9 Rəvan 11 1 4 6 5 21 –16 7
10 Sumqayıt 11 1 2 8 5 20 –15 5
 
Bombardirlər:
5 – Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ)
4 – Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Bahodir Nasimov (Neftçi), Baçana Sxadadze (İnter).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp