“Simurq”da forma geyən Nicat Qurbanov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş "Neftçi" ilə qarşılaşmadan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində o, bunları dilə gətirib:
 
“Uşaqlar əziyyət çəkdilər. Yaxşı oynadıq. Bu oyuna görə hər kəsə təşəkkür edirəm. Çətin oyun oldu. “Neftçi” güclü komandadı. Lakin biz onlarla oyunda bir xal qazana bildik. Yolumuza dava edirik. Növbəti oyunlara kökləməliyik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp