Connect with us

Premyer-liqa

"Qarabağ"la "Rəvan"ın turu

Topaz Premyer Liqasının 24-cü turunu da geridə qoyduq. Futboli…

-də paylaşıldı

Topaz Premyer Liqasının 24-cü turunu da geridə qoyduq. Futbolinfo.az xəbər verir ki, əvvəlki iki turda olduğu kimi, bu dəfə də bütün oyunlar eyni gündə keçirildi.
 
Turun ilk görüşündə "Bakı" doğma meydanda "Sumqayıt"ı qəbul etdi. Milinko Pantiçin yetirmələri uğurlu seriyanı davam etdirə bilmədi. Son turda "Neftçi" səddini qələbə ilə keçən Aqil Məmmədovun komandası paytaxt klubu ilə səfər matçından da bir xalla döndü. Tərəflər bu görüşdə rəqib qapısına yol tapa bilmədilər və qarşılaşma qolsuz başa çatıb. Buna baxmayaraq qazandığı bir xal "Bakı"ya turnir cədvəlində 3-cü pilləni qorumağa imkan verdi. "Sumqayıt"ın sevinci isə cəmi 1 tur çəkdi. "Gənclik şəhəri" təmsilçisi 13 xalla yenidən autsayder pilləsinə yuvarlandı.
 
Növbəti qarşılaşma Zaqatalada baş tutdu. "Simurq" doğma azarkeşlər önündə digər bir bölgə təmsilçisi "Qəbələ"ylə münasibətlərinə aydınlıq gətirdi. Paytaxtda keçirilən oyun kimi, bu qarşılaşmada da hesab açılmadı və tərəflər bir xala razılaşmalı oldular. Yuri Syominin komandası növbəti xal itkisi ilə üzləşməsinə rəğmən, hələ də ikinci pillədədi və çempionluq iddiasını davam etdirir. Georgi Çixradzenin komandası isə 7-ci pillədən yuxarı qalxa bilmir ki, bilmir.
 
Günün digər bir qarşılaşması "Xəzər Lənkəran"la "İnter" arasında keçirildi. "Bankirlər" penalti sayəsində hesabda önə keçsə də, qələbə hesabını qoruya bilmədi. Baçana Sxadadzenin qoluna 10 dəqiqə sonra Tyeqo de Xesus cavab verdi. Nəticədə bu görüşdə də komandalar meydanı bir xalla tərk etdilər. Kaxaber Sxadadzenin komandası bu görüşdən sonra bir pillə irəliləyərək turnir cədvəlinin 4-cüsü oldu. Mustafa Dənizli isə hələ ki, komandasını 6-cı pillədən yuxarı qaldıra bilmir.
 
Turun mərkəzi görüşü "Bakcell Arena"da keçirildi. "Neftçi" uğursuzluq seriyasına son qoymaq, "Qarabağ" isə liderliyini möhkəmləndirməyə çalışırdı. Azərbaycan derbisində Ağdam klubunun üstünlüyü aşkar şəkildə özünü biruzə verdi. Nəticədə "ağ-qaralar" ev oyunundan məğlub ayrılmaqla çempionluq yolunda çox böyük zərbə aldı. Rəqib qapısından 2 top keçirən Qurban Qurbanovun yetirmələri rəqibin bir nəfər azlıqda qalmasından lazımınca istifadə edərək daha 2 qol vura bildi. "Neftçi"nin isə yalnız təsəlli qoluna gücü çatdı. Reynaldonun het-trik etməsi də xüsusi vurğulana bilər. Məhz bu üç qol sayəsində o, çempionatın bombardiri Vaqif Cavadova şərik oldu. 24 oyundan sonra xallarının sayını 49-a çatdıran "Qarabağ" vahid liderliyini bir qədər də möhkəmləndirdi. "Neftçi" isə növbəti məğlubiyyətdən sonra 5-ci pilləyə düşdü.
 
Turun son oyunu "Bayıl Arena"da keçirildi. "Rəvan" doğma meydanda AZAL-la qarşılaşdı. Bu görüş ev sahibləri üçün əlamətdar oldu. Belə ki, Güvənç Kurtarın başçılığı altında komanda ilk qələbəsini qazandı və bu qələbədən sonra "Rəvan" turnir cədvəlinin sonuncu pilləsindən xilas ola bildi. Baxmayaraq ki, ikinci hissə başlayan kimi, meydan sahibləri azlıqda qaldı. Amma sonrakı dəqiqələrdə qonaqların da iki oyunçusunun meydandan qovulması "Rəvan"ın qələbəsində mühüm rol oynadı. Nəticədə qısa fasilədən sonra yenidən 9-cu pillədə yüksəldi.
Topaz Premyer Liqası
24-cü tur
 
BAKI – SUMQAYIT – 0:0
Sarı vərəqələr: Cavid Hüseynov, 5 (qeyri-idman hərəkəti), Yure Travner, 90+1 (qeyri-idman hərəkəti) – Mirzağa Hüseynpur, 55 (simulyasiya); Nodar Məmmədov, 58 (qeyri-idman hərəkəti); 60 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 62 (qeyri-idman hərəkəti); Şahruddin Məhəmmədəliyev, 88 (bilərəkdən vaxtı uzatdığına görə).
Qırmızı vərəqə: Nodar Məmmədov, 60.
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 4 dəq.
28 fevral 2014.“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 250 tamaşaçı.
 
Bakı: 1. Aqil Məmmədov, 12. Etto, 3. Yure Travner, 5. Ruben Qonzales, 4. Mario Alvares, 6. Vadim Abdullayev (22. Namiq Ələsgərov, 78), 23. Lukas Mario Horvat, 8. Cavid Hüseynov, 16. Xavyer Junior (7. Əfran İsmayılov, 68), 10. Aleksandar Soliç (17. Risto Ristoviç, 58), 11. Rauf Əliyev (k).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 21. Elvin Məmmədov, 20. Tural Qürbətov, 24. Georgios Pelagias.
Baş məşqçi: Milinko Pantiç.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk (14. Məhəmməd Qurbanov, 69), 11. Ruslan Nəsirli (8. Aqşin Muxtaroğlu, 83), 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 88. Mirzağa Hüseynpur (21. Məhəmməd Mirzəbəyov, 61), 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Kamil Hüseynov, 7. Pərdis Fərcad-Azad, 25. Fərid Kərimzadə.
Baş məşqçi: Aqil Məmmədov.
 
SİMURQ – QƏBƏLƏ – 0:0
Sarı vərəqələr: Nicat Qurbanov, 39 (qeyri-idman hərəkəti); Benjamin Lambot, 58 (qeyri-idman hərəkəti); Anderson Oliveyra, 90 (qeyri-idman hərəkəti) – Dodo, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə – 2 dəq.; II hissədə – 3 dəq.
28 fevral 2014. Zaqatala şəhər stadionu. 2700 tamaşaçı.
 
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Anderson Oliveyra, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 30. Raul Kostin (9. Mindauqas Kalonas, 78), 77. Nicat Qurbanov  (7. Ruslan Poladov, 68).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 21. Murad Səttarlı, 22. Salif Ballo.
Baş məşqçi: George Çixradze.
Qəbələ: 1. Kamran Ağayev, 3. Nikola Valentiç, 6. Vladimir Levin (k), 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio (8. Nizami Hacıyev, 84), 16. Ruslan Tağızadə (34. Ürfan Abbasov, 90+2), 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (7. Marat İzmaylov, 69).
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 4. Amit Quluzadə, 11. Yannik Kamanan, 22. Lourival Assis.
Baş məşqçi: Yuri Syomin.
 
XƏZƏR LƏNKƏRAN – İNTER – 1:1
Qollar: Tyeqo de Xesus, 42 – Baçana Sxadadze, 32-pen.
Sarı vərəqələr: Tyeqo de Xesus, 71 (qeyri-idman hərəkəti); Nikola Qliqorov, 76 (qeyri-idman hərəkəti) – Brüs Abdulaye, 36 (qeyri-idman hərəkəti); Yohan Bokonyano, 41 (qeyri-idman hərəkəti); Abdulla Abatsiyev, 59 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 3 dəq.
28 fevral 2014. “Xəzər Lənkəran” mərkəzi stadionu. 2000 tamaşaçı.
 
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 2. Slavik Alxasov (55. Ağabala Ramazanov, 73), 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara (8. Deyan Blajevski, 83), 10. Elnur Abdullayev (k), 12. Junior Nildo, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 30. Elias Ribeiro (11. Zohair Benouahi, 87).
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 9. Orxan Əliyev, 16. Adrian Pit, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Mustafa Denizli.
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov (21. Arif Daşdəmirov, 83), 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 28. Baçana Sxadadze (9. Aleksandr İaşvili, 84), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli (5. Slavço Georgiyevski, 71).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 12. İvo Taborski, 14. İlqar Ələkbərov, 27. Dieo Madriqal.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
NEFTÇİ – QARABAĞ – 1:4
Qollar: Mirhüseyn Seyidov, 83 – Leroy Corc, 23; Reynaldo Silva, 31; 68; 87.
Sarı vərəqələr: Erik Ramos, 90+2 (qeyri-idman hərəkəti) – Muarem Muarem, 44 (qeyri-idman hərəkəti); Qara Qarayev, 67 (qeyri-idman hərəkəti); Riçard Almeyda, 70 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Araz Abdullayev, 62 (ciddi qayda pozuntusu).
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə – 2 dəq.; II hissədə – 4 dəq.
28 fevral 2014. Bakı. “Bakcell Arena”. 2000 tamaşaçı
 
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k) (23. Ruslan Qurbanov, 81), 7. Araz Abdullayev, 9. Flavinyo (21. Samir Məsimov, 83), 14. Bahodır Nasimov (19. Mirhüseyn Seyidov, 71), 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva (11. Ulrix Kapolonqo, 90+3), 10. Muarem Muarem (7. Namiq Yusifov, 73), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (17. Vüqar Nadirov, 89), 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.
 
RƏVAN – AZAL – 1:0
Qol: Miloş Adamoviç, 76.
Sarı vərəqələr: Cəmşid Məhərrəmov, 20 (topa əl ilə oyun); 46 (qeyri-idman hərəkəti); Novruz Məmmədov, 37 (qeyri-idman hərəkəti); Miloş Adamoviç, 68 (qeyri-idman hərəkəti); Julio Sezar, 77 (qeyri-idman hərəkəti) – Nedo Turkoviç, 27 (simulyasiya); Viktor İqbekoyi, 71 (sistematik qayda pozuntusu); 85 (qeyri-idman hərəkəti); Laşa Kasradze, 73 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Cəmşid Məhərrəmov, 46 – Juniot Aylton, 75 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə); Viktor İqbekoyi, 85.
Hakimlər: Rəhm Həsənov, Elşən Acalov, Azər Əsgərov, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 4 dəq.
28 fevral 2014. Bakı. “Bayıl Arena”. 800 tamaşaçı.
 
Rəvan: 85. Kamal Bayramov, 21. Novruz Məmmədov, 28. Boyan Markoviç, 4. Mitya Moreç, 8. Julio Sezar, 30. Cəmşid Məhərrəmov, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k) (40. Mişel Balokoq, 53), 9. Elnur Abdulov (25. Ayaz Mehdiyev, 50), 18. Oke Akpoveta, 20. Miloş Adamoviç (6. Ceyhun Cavadov, 90+3).
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 14. Xuan Manuel Varea, 24. Yamin Ağakərimzadə, 7. Elvin Həsənəliyev.
Baş məşqçi: Güvenc Kurtar.
AZAL: 1. Ruslan Məcidov, 4. Junior Aylton, 15. Oskar Klava, 28. Emin Cəfərquliyev (22. Axtam Xamroqulov, 87), 32. Laşa Kasradze (5. Murad Ağayev, 83), 17. Viktor İqbekoyi (k), 20. Branislav Arsenyeviç, 10. Con Oluremi, 7. Cavid Tağıyev, 27. Rəşad Abdullayev (31. Şəhriyar Rəhimov, 81), 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 23. Tural Nərimanov, 26. Kərim Diniyev, 8. Qərib İbrahimov.
Baş məşqçi: Vaqif Sadıqov.
 
1Qarabağ2414734014+2649
2Qəbələ2413473421+1343
3Bakı2412574023+1741
4İnter2411673627+939
5Neftçi2411673531+439
6XL2471072533–831
7Simurq247982319+430
8AZAL2468102434–1026
9Rəvan2428141342–2914
10Sumqayıt2427151642–2613
 
Bombardirlər:
11
– Vaqif Cavadov (İnter), Reynaldo (Qarabağ)
10 – Daniel Subotiç (Qəbələ)
8 – Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) – 8 qol.

Arxiv

Dünya futbolu2021-01-18 12:00

Messi bu aqibətlə ilk dəfə üzləşdi, 4 oyunluq cəza ala bilər

Digər2021-01-18 11:31

Ağdamın Xıdırlı kəndi – VİDEO

Dünya futbolu2021-01-18 11:17

“Mənim üçün bir xəyal gerçək olur” – Özil

AÇ-20202021-01-18 10:45

AÇ-2020 üçün müsahibə mərhələsinə start verilir

Milli komanda2021-01-18 10:30

Azərbaycan millisinin heyəti açıqlandı

Dünya futbolu2021-01-18 10:16

İspaniya Super Kubokunun qalibi bilindi

Dünya futbolu2021-01-18 10:00

Super Liqa klubunda ayrılıq

Dünya futbolu2021-01-18 09:00

Levandovski Bundesliqada daha bir rekorda imza atdı

Dünya futbolu2021-01-18 02:00

Lider məğlub oldu, “Lill” zirvəyə şərik oldu

Dünya futbolu2021-01-18 01:43

“İnter”dən “Yuventus” üzərində inamlı qələbə

Dünya futbolu2021-01-18 01:32

“Tottenhem”lə MS-dən qələbə, MY ilə “Liverpul”dan heç-heçə

Dünya futbolu2021-01-17 23:11

“Bavariya”dan çətin qələbə

Dünya futbolu2021-01-17 22:06

“Beşiktaş” “Qalatasaray”ı məğlub yola saldı

Dünya futbolu2021-01-17 20:03

“Fiorentina” milli üzvünü icarəyə verdi

Ölkə futbolu2021-01-17 19:00

“Neftçi” Yusuf Lavalsız hazırlaşır

Dünya futbolu2021-01-17 18:16

“Fənərbaxça” Salai transferini bitirdi, növbədə Özildi

Ölkə futbolu2021-01-17 17:47

Kərəm getdi, Adəm yol üstədi

Ölkə futbolu2021-01-17 17:33

“Zirə”də daha bir serb

Ölkə futbolu2021-01-17 17:05

“Bu, bizim üçün daha faydalı olacaq” – “Neftçi”nin futbolçusu

Digər2021-01-17 16:27

Azərbaycanda koronavirusa 322 yeni yoluxma

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?