Connect with us

Premyer-liqa

Hacıyevə sual: Traktor, ya İcra Hakimiyyəti?

Böyükağa Hacıyevin çalışdırdığı "xalq ko…

-də paylaşıldı

Böyükağa Hacıyevin çalışdırdığı "xalq komandası" – "Neftçi" bu dəfə də büdərdi. Flaqmana daha bir zərbə turnir cədvəlinin lideri "Qarabağ"dan gəldi. "Atlılar" əzəli və əbədi rəqibini "ağ-qaraları"ın doğma azarkeşləri önündə darmadağın etdi. Bu qələbədən sonra Qurban Qurbanovun komandası rəqibini 10 xal geridə qoyaraq, Hacıyevin "Neftçi" bu ildə çempion olacaq" arzusunu kölgədə qoydu.
 
Flaqmanın baş məşqçisi bu dəfə də "Neftçi"nin məğlub olmasının günahını özündə yox, başqalarında axtardı. Peşəkar Futbol Liqasını ağ yuyub, qara sərən Hacıyev, Xəqani Məmmədovun da bostanına "daş atdı". Sözsüz ki, hər kəs Böyükağa müəllimin matçdan sonra bu cür açıqlama verəcəyini gözləyirdi. Onun bu cür danışması heç də təəccüblü deyildi.
 
Maraqlıdı ki, bakılıların baş məşqçisi heç bir halda öz futbolçusunda günah axtarmır. Hacıyev hələ də "Böyük oyun"da baş verənləri unuda bilmir. Həmin qarşılaşmanı idarə etmiş Rəhim Həsənov sanki, Böyükağa müəllimin qorxulu yuxusuna çevrilib. "Qarabağ"  ilə matçdan sonra o, yenə də Həsənovu unutmadı: "Gedin, dünya futbolu statistikasını araşdırın. Görün hansı oyunda birdən-birə eyni xətdə çıxış edən 4 futbolçuya qırmızı vərəqə göstəriblər" deyən Hacıyev bu dəfə də futbolçularını "süddən çıxmış ağ qaşıq" hesab etdi. Görünür, o, Həsənovun "Neftçi"li futbolçuların karate fəndi işlətməsinə göz yummasını gözləyirmiş.
 
Halbuki, Hacıyev "Böyük oyun"dan sonra futbolçularını bir araya yığıb, onlarla ciddi söhbət aparmalı idi. Ancaq o, futbolçularına "gözün üstə qaşın var" demədən, hakimlərə etiraz edir. Düzdü, "Neftçi" – "Qarabağ" matçında hakimin də səhvləri az deyildi. Ancaq hakim səhvləri bu yazının mövsuzu olmadığından, mətləbdən uzaqlaşmaq niyyətində deyiləm. Azərbaycan derbisindən sonra Hacıyev mətbuat konrfansında futbolinfo.az saytının əməkdaşının da suallarına tuş gəldi:
 
– Böyükağa müəllim, qeyd etdiz ki, dünya futbol statistikasında belə bir hadisə baş verməyib ki, birdən-birə eyni xəttə çıxış edən futbolçulara qırmızı vərəqə göstərilsin. Özünüz də gözəl bilirsiz ki, "Böyük oyun"da futbolçularınız heç də əbəs yerə qırmızı vərəqə almadı. Mahir barmaq jesti etdiyi üçün, Kardoso ilə Bertuççi də karate fəndinə görə cəzalandırılmışdı. Nazim Süleymanovun vaxtında da futbolçular intizamsızlıq edərək, komandanı azlıqda qoyurdular. Düşünmürsüz ki, futbolçularınız intizamsızdı və bu cür intizamsızlıq etməklə sizə qarşı təxribat hazırlayırlar?
– Nə məsləhət görürsüz? Qırmızı vərəqə aldığına görə, hökm çıxardaq ki, boynu vurulsun? Biz açıqlamırıq, heç bilirsiz onların nə qədər cərimələri var? Yadınızdan çıxmasın, meydanda vərəqə varsa, deməli mübarizə də var. Rəhim Həsənovun vərəqələrindən yox ha!
 
– Karate fəndlərinə futbol deyirsiz?
– Sənin neçə yaşın var?
 
– 25.
– Haranı təmsil edirsən?
 
– Futbolinfo.az saytını.
– Siz o hadisənin baş vermə səbəbini öyrəndiz? Kardoso rəqib futbolçuya niyə əl qaldırmışdı?
 
– Ağabala Ramazanov da etdiyi hərəkətə görə cəzalanmışdı…
– Başa düşmədim, mənim 55 yaşım var. Sən mənim qarşımda o jesti etsəydin, sənin başını yarardım. Kardoso təcrübəli futbolçudu. Ağabala isə indi pərvazlanmağa başlayır.
 
Düzü, Hacıyevdən daha fərqli cavab gözləyirdik. O, futbolçularının intizamsızlığını qeyd etmək əvəzinə, yenə yetirmələrini ələ vermədi.
 
EMİN SƏFƏROV
 
P.S. Təsəvvür edin ki, İcra Hakimiyyəti bir obyektin sökülməsi üçün qərar qəbul edir. Həmin tikilinin sökülməsi üçün traktor da göndərir. Burada aciz qalan tikilinin sahibi traktoru, yoxsa İcra Hakimiyyətini günahlandırmalıdı? Böyükağa müəllim bu suala cavab tapsa, bəlkə "Neftçi"ni qaydasına sala bildi.

Arxiv

Premyer-liqa2021-01-21 03:00

Fasilə bitdi, mübarizəyə davam – YENİLƏNİR

Dünya futbolu2021-01-21 02:29

“Vilyarreal” evdə xal itirdi

Dünya futbolu2021-01-21 02:22

Premyer Liqada Mançester klublarının günü

Ölkə futbolu2021-01-21 02:08

“Yuventus” Super Kuboku qazandı, Ronaldo tarixə keçdi

Dünya futbolu2021-01-21 01:54

“Lans” Marseldən qələbə ilə döndü

Dünya futbolu2021-01-21 01:34

“Bavariya”ya bir qol bəs etdi

Dünya futbolu2021-01-20 22:46

“Atalanta” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-01-20 22:08

“Qalatasaray” 3 xalı 6 qolla qazandı

Premyer-liqa2021-01-20 21:46

Premyer Liqada yeni ilin ilk təyinatları açıqlandı

Dünya futbolu2021-01-20 20:57

Liqa 1 matçına koronavirus əngəli

Dünya futbolu2021-01-20 20:38

“Beşiktaş”ın futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-01-20 20:00

“Arsenal”da ayrılıq

Ölkə futbolu2021-01-20 19:28

“Neftçi” toplanışı başa vurdu

Digər2021-01-20 19:00

Kəlbəcərin Nadirxanlı kəndi – VİDEO

Dünya futbolu2021-01-20 18:30

Türkiyə klubunda yeni baş məşqçi

Dünya futbolu2021-01-20 18:00

“Qəbələ”nin sabiq hücumçusu Estoniya klubunda

Dünya futbolu2021-01-20 17:31

“Yuventus”un futbolçusu koronavirusa qalib gəldi

Digər2021-01-20 17:00

Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu

Ölkə futbolu2021-01-20 16:47

Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anıldı

Dünya futbolu2021-01-20 15:29

UEFA 2020-ci ilin rəmzi komandasını açıqladı

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?